Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək Siyasət

Azərbaycanla Somali müdafiə sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq edəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.