

Turan yaranır deyə sevindiyimiz Türk Dövlətləri Təşkilatı Orta Asiyalı qardaş dövlətlərin Kiprin Yunan tərəfini Avropa İttifaqından vəd edilən maddi yardım müqabilində tanıması, hətta Türkiyəni işğalçı kimi tanıması ilə dərin yara aldı. İlk baxışda görünən bu oldu.
Aprelin əvvəlində Orta Asiya dövlətləri Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində ilk dəfəsammit keçirdilər. Bu ölkələrin rəhbərləri Avropa İttifaqının rəhbəri Ursula von der Leyen ilə görüşkeçirdilər. Sonda nəticə etibarı ilə əslində xarakterik olmayan deklorasiya imzalandı və BMT-nin Təhlükəsizlik Şurasının 541 və 550 nömrəli qərarlarınıtanıdıqlarını elan etdilər. Bu qərarlar hələ 1980-ci illərin ortalarında qəbul olunmuş və Kiprin şimalında türklər yaşayan tərəfinin birtərəfli olaraq Şimali Kipr Türk Respublikası (ŞKTR) adı ilə müstəqilliklərini elan etməsini pisləyən, eyni zamanda, BMT-yə üzv olan ölkələri Kipr hökumətindən başqa digər hökuməti tanımamaq qərarları idi. Başqa sözlə, Orta Asiya dövlətləri Avropa İttifaqı ilə birlikdə yekun sənədindəKiprin ərazi bütövlüyünü dəstəklədiklərini, ŞKTR-nıisə tanımadıqlarını bəyan etdilər. Qeyd edək ki, ŞKTR-sı 1983-cü ildə müstəqilliyini elan edib, amma həmin dövrdən bu günə kimi onu yalnız Türkiyə tanıdığınıelan edib.
Mahiyyət etibarı ilə Orta Asiya ölkələri hesab edir ki, Kiprin ərazi bütövlüyünü tanımaqla beynəlxalq hüququ və suverenlik prinsipinin qorunmasını müdafiə ediblər. Bununla yanaşı TDT-da da yeni durum yaradıblar ki, onlar bu prinsipləri müdafiə edəcəklər. Türkmənistan, Qazaxıstan və Özbəkistan bundan sonra daha da irəli gediblər və Kiprlə diplomatik münasibətləri bir üst səviyyəyə qaldırmaq qərarına gəliblər. Onlar Kiprdəsəfirlik açıblar.
Məsələnin mahiyyətinin nədən ibarət olduğunu analiz etmək üçün Orta Asiya dövlətlərinin bu addımı nədən atdığına baxmaq lazımdır. Orta Asiya ilə Aİ arasında coğrafi baxımdan elə bir relyef vardır ki, bu əlaqəancaq quru yolu ilə mümkündür. Təbii ki, Xəzər dənizi ilə Azərbaycan və Türkiyədən, ya da Gürcüstandan Qara Dənizə keçməyi nəzərə almasaq. Amma bu beləAzərbaycansız mümkün deyil. Rusiyadan Avropaya gedən yollar indiki geosiyasi durumda Rusiya-Ukrayna müharibəsi səbəbindən rol oynamır. Rusiya ilə Avropa dövlətlərinin əksəriyyəti əlaqəni kəsib. Bir sözlə, Aİ-Orta Asiya əlaqələri əslində geosiyasi və geoiqtisadi olaraq yeni termindir və bu əlaqələr yeni qurulmağa başlanır. Qazaxıstan və Türkmənistan qazının Rusiya üzərindən Avropaya satışı vaxtilə mövcud idi. Amma bu birbaşa Aİ ilə iqtisadi əlaqə deyildi. Rusiya bu ölkələrin qazını öz sərhəddində alıb sonra Avropaya öz qazı kimi satırdı. Qazaxıstan və Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycandan keçməkləAvropaya tranziti layihələri barədə danışıqlar Rusiya və İranın buna qarşı çıxması səbəbindən söz olaraq qalırdı. İran üzərindən quru yolu ilə tranzit planlarıbarədə də söhbətlər mövcud olsa da, bu da həm İranın siyasi durumu, həm də Avropanın İranı partnyor kimi görməməsi səbəbindən mümkün olmamışdır. Orta Asiya ölkələrini Aİ-nı maraqlandıran təbii sərvətləri içərisində uran filizinin olması Fransa başda olmaqla Aİ üçün əvəzedilməz mənbəyə çevirir. Fransanın Afrikadan böyük ölçüdə qovulmasından sonra müstəmləkə siyasətinə son verilməsi onun uran istehsalı üçün mənbələr axtarmaq planlarının üzünüOrta Asiyaya çevirib. Makronun ilk dəfə olaraq bu ölkələrə səfəri də bu məqsədlə olub. Bunlar məsələnin iqtisadi tərəflərinin bir hissəsidir.
Amma Orta Asiya ölkələri üçün bu məsələ tək iqtisadi yox, eyni zamanda, təhlükəsizlik axtarışlarıməsələsidir. Rusiyanın Ukraynaya işğal hərəkətləri fonunda davam edən müharibə dövründə beləUkraynadan sonra növbəti işğal mərhələsinin Orta Asiya ölkələrinə çatacağı söyləntiləri bəzən açıq söz deyişməsi səviyyəsinə çatıb. Bu, Qazaxıstan aktivistləri ilə Rusiya mediası arasında sərt ritorika səviyyəsinə belə gəlib çıxırdı. Məsələnin nə dərəcədəreal fikirlərə əsaslandığı sual altında olsa da, nəzəri olaraq doğruluq payının mövcud Rusiya siyasəti fonunda narahatlıq doğurması Orta Asiya ölkələri üçün həyəcan siqnalı ola bilmə ehtimalını artırır. Görünən dəodur ki, bu həyəcan siqnalı onları qeyri-adekvat qərarlar qəbul etməyə sövq edir. Təbii ki, onlar Kiprin ərazi bütövlüyünü dəstəklədiklərini bildirməkləgələcəkdə özlərini Rusiya təcavüzündən qorumaq məqsədi güdürlər. Yəni, biz, sivil, dünyəvi, beynəkxalq hüququn prinsiplərini qəbul edən dövlətlərik, nə vaxtsa bizim başımıza Ukrayna kimi hal gələrsə, dünyanın sivil dövlətləri bizi qorusunlar. Hesab edərsiniz ki, bu, sadəlövh yanaşmadır və Aİ-nın öz təhlükəsizliyini qoruması indi özü təhlükə altına olduğu bir halda sərhədlərindəki Ukraynaya bu təminatı verəbilmədiklərini də qəbul etsək, Orta Asiyaya bu təminatıverməsinə inanmaq özünü aldatmaqdan başqa bir şey deyildir. Görünən odur ki, Orta Asiya dövlətləri yanlışsiyasi hesablamanın nəticələri ilə üz-üzə qala bilərlər.
TDT çərçivəsində Türk birliyinin getdikcə daha böyük planlar ilə meydana çıxması planlandığı bir dövrdə bu hadisə ciddi narahatlıq doğurub, xüsusən də, Türkiyəmediaslnda. Hələlik Türkiyə rəsmilərindən bu məsələilə əlaqəli bəyanat olmayıb. Görünən odur ki, Türkiyəməsələni pərdə arxasında müzakirə etməyi planlayır. Əslində doğru olan da budur. Açıq müzakirə TDT-na ağır və sağalmaz yara vura bilər. Həm də TDT-nın ağsaqqalar şurası üzvlərinin ŞKTR-da toplanacağıxəbərləri gəlib. Burda məsələnin müzakirə olunub təşkilat daxili ölkələrinə və beynəlxalq aləmə müəyyən mesajlar veriləcəyi gözləniləndir. Hadisənin mənfi təsirləri neytrallaşdırılmağa çalışılacaq.
Orta Asiya ölkələrinin atdığı bu addım əslində yeni deyil. Azərbaycan da 30 ildən çox Ermənistan işğalıdövründə Orta Asiya ölkələrindən ciddi dəstək görmək bir yana, heç normal, indi bəyan etdikləri beynəlxalq hüququn qorunması, suverenliyin qorunmasıbaxımından Azərbaycana dəstək xarakterli bəyanatlar belə eşitməmişdi. Hətta bəzi Orta Asiya dövlətləri Ermənistanla heç nə olmamış kimi ciddi əlaqələr beləqurmuşdu. Ermənistanın əməllərini, işğalçılıq hərəkətlərini pisləməmişdi. Amma Azərbaycan buna gözümlü yanaşmış, öz etirazını belə bildirməmişdi. Təbii ki, ictimai fikrdə etirazlar olurdu, amma dövlət səviyyəsində bu dilə gətirilmirdi. İndi Azərbaycanın qələbəsi ilə başa çatan bu prosesdən sonra həmin ölkələrdən Qazaxıstan və Özbəkistanın hansısa addımlar atması, işğaldan azad olunan ərazilərdəməktəb və ya yaradıcılıq mərkəzi tikməsi simvolik xarakter daşıyır. Yəni, bu, Türk birliyinin yaranmasıüçün ideoloji işdən başqası deyil. Ancaq bu belə TDT-nın uğurlu bir siyasi qurum olduğunu göstərmək üçün yetərli idi ki, tərəflər bir-birilərinin xoş günlərində bir-birinə dəstək verir, xüsusən də, Qərb və Avropa bu dəstəkdən kənar dayandığı bir durumda. Daha doğrusu Azərbaycanın bu dəstəyə ehtiyac duymadığını bəyan edərək, edilməsi labüd olan yardımlardan imtina etməsi durumunda.
Türkiyə dövlətinin atılan bu addımdan zərbə aldığı, həm də qardaş dediklərindən belə bir zərbəni almasıtəbii ki, ağrılıdır. Amma Türkiyə min illik imperiya keçmişinə, tarixi yaddaşa sahib olan dövlət təfəkkürünə sahibdir və bu kimi hallarla çox qarşılaşıb. Görünən odur ki, hal-hazırda Türkiyənin göstərdiyi reaksiya da bu tarixi təcrübəyə əsaslanır. Öz evində, yəni TDT-da olan birliyə zərbə vuran halları aradan qaldırılması üçün müəyyən addımların atılmasının labüd olduğunu anlayır. Məsələ ondadır ki, bu Orta Asiya hakimiyyətləri əslində Rusiya şinelindən çıxmış, hətta sözün əsl mənasında çıxmamış, "Türk Birliyi" anlayışının mahiyyətini öz dövlət maraqları adı altında şəxsi maraqlarını qoruduğu bir hakimiyyətləridir. Bu ölkələrin xalqları təbii ki, fərqli düşünə bilərlər, amma onlar arasında da türklüyün mahiyyətini söz hesab edənlər çoxluq təşkil edir. Məsələnin dərinliyinəenilmısi TDT-na zərbə vura bilməsi ehtimalı üzərinəsəthi keçilməsi lazım olduğunu düşünürəm. Amma bir şey daha çox aydınlaşır ki, TDT daxilində təşkilatın yeni gündəm planına yazılı şəkildə olmasa da bir bənd əlavə edilməlidir. Bu da təşkilat daxilində mövcud hakimiyyətlərin idarə edilməsi yollarının təşkilatdaxili dərin güclər tərəfindən nəzarətdə saxlanılması vəhakimiyyət təmsilçilərinin kadr potensialının gələcək perspektivdə təşkilatın ruhuna uyğunlaşdırılması. Bu, təbii ki, zaman tələb edən addımdır, ancaq qaçılmaz həqiqətdir.
Türkiyə bu atılan addımdan ziyan görməz, zatən yarım əsrdən çoxdur ki, Şimali Kipr məsələsində dünya ilətəkbaşına mübarizə aparır, məhrumiyyətlərə qatlanır. Sadəcə bundan mənəvi yara ala bilər. Yuxarıda da qeyd etdiyim kimi bu kimi hərəkətlərə Türkiyə dövlət kimi hazırlıqlıdır və onu planlarından kimsə döndərəbilməz.
Orta Asiya dövlətləri bundan sonra TDT-da yeni dövr başlayacağını qeyd edirlər. Təşkilat daxili ölkələr bundan sonra, yəni atdıqları addımdan sonra, başa düşəcəklər ki, təşkilatın mahiyyəti bu ölkələrin fərdi maraqları üzərində qurulacaq. Yəni, təşkilat üzvləri çox da digərlərinə arxayın olub qardaşlıq, türk birliyi, həmrəyliyi, bütün qarşı ölkələrə meydan oxumaq fikirlərini beynəlxalq hüquq qanunları ilə tənzimlənən təşkilat şəklində qəbul etsinlər. Bu, TDT-nın mahiyyətini kiçiltmək istəyindən başqa bir şey deyildir. Bunun da kimlərin istəyi olduğu açıq şəkildə göz önündədir. Avropa İttifaqı, daha dəqiqi isə Almaniya, Fransa, Yunanıstan və s. Yenə də məsələnin mahiyyəti tarixi köklərinə qayıdır. TDT çərçivəsində təşkilatın aparıcı dövləti olan Türkiyənin əl-qolunu bağlamaq. Osmanlının varisi Türkiyənin yenidən dirçəlməsinin qarşısını almaq.
Əslində Orta Asiya ölkələri bu addımla Türkiyə vəAzərbaycana gələcək planlarına daha realist yanaşmağıöyrətdi. Təsadüfi deyildir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında dedi ki,
Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq. O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”. Ərdoğan təfərrüatlarıaçıqlamayıb. Amma görünən odur ki, TDT öz gələcəyini xırda intriqalara qurban verməyəcək və daha da güclənəcək.
Azər Qasımov
ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq