
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr
23 Aprel 21:36
1-2 may tarixlərində Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci iclası keçiriləcək. Qeyd olunub ki, iclasın əsas mövzusu TDT üzvləri Qazaxıstan, Özbəkistan vəTürkmənistanın Cənubi Kiprdə diplomatik nümayəndəlik açmaqla bağlı qərarı olacaq.
Xatırladaq ki, aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya və Avropa İttifaqı sammitində Özbəkistan, Türkmənistan və Qazaxıstan BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və onu tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul edib, sadiq olduqlarını bəyan ediblər.
Məsələ ilə bağlı siyasi şərhçi Azər Həsrət xalqcəbhəsi.az-a açıqlamasında qeyd edib ki, məsələnin üzərinə bu qədər radikal şəkildə gedilməməlidir: “Əlbəttə, türk dövlətləri müstəqil siyasət yürütməlidir. Yəni hansısa bir qurum o cümlədən Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında konkret öhdəlikləri yoxdur ki, biz bu cür addımları atarkən kimdənsə icazə almayılıq və ya məsləhətləşməliyik. Hüquqi baxımdan burada bizim irad bildirə biləcəyimiz bir şey yoxdur. Sadəcə məsələnin mənəvi tərəfi də var. Türk dövlətlərinin belə davranması xoş deyil. Amma bununla bərabər düşünürəm ki, məsələyə daha təmkinli yanaşmaq lazımdır. Ən azından ona görə ki, qardaş Türkiyə, eyni zamanda, qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyəti bu məsələyə yetərincə təmkinli reaksiya verdi”.
A.Həsrətin sözlərinə görə, Türkiyənin dövlət rəsmilərindən demək olar ki, heç kim, ümumiyyətlə, məsələyə münasibət bildirməyib: “Yəni faktiki olaraq görməzdən gəlirlər. Kuzey Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar isə yetərincə mütəvazi bir münasibət bildirib. O baxımdan mən düşünürəm ki, Azərbaycanda, xüsusən də Azərbaycan ictimai rəyində bu məsələnin üzərinə bu qədər top-tüfənglə gedilməsi yanlışdır. Dediyim kimi, bu proses yetərincə diqqət mərkəzindədir. Gərək olsaydı, yəqin ki, Türkiyə dövləti də, Azərbaycan dövləti də məsələyə yetərincə sərt reaksiya verərdi. Amma verilməyib. Verilməyibsə, bu o deməkdir ki, ortada bizim bilmədiyimiz və dövlətlər arasında müəyyən mənada razılaşma ilə nəticələnən müzakirə olub. Olubsa, lap yaxşı. Ümumilikdə, bu, faciə deyil. Zaman bunu göstərəcək”.
Siyasi şərhçi ağsaqqalların yığışıb bu məsələ ilə bağlı müzakirə aparması ilə bağlı bildirib ki, ağsaqqallar bu cür proseslərin önündə getməlidirlər, hər şeyi onlar, həmçinin türk dövlət başçıları açıq şəkildə öz aralarında müzakirə etməlidirlər.
Röya İsrafilova