
Prezidentin Çinə səfərində 4 mühüm məqam – Tarixi həmlələr
23 Aprel 21:36
23 Aprel 21:36
23 Aprel 19:56
23 Aprel 19:33
23 Aprel 19:22
“Azərbaycanın Çinlə yaxınlaşmasının böyük strateji əhəmiyyəti var. Çin hazırda dünyanın iqtisadi və siyasi təsir gücünə görə ən önəmli ölkələrindən biridir. Bu gün Çin və Azərbaycan arasındakı dostluq münasibətləri Azərbaycan Prezidentinin Çinə səfəri fonunda ən yüksək səviyyəyə çatır. Eyni zamanda, Çin rəhbəri Si Cinpin cənab Prezident İlham Əliyevə bildirdi ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində mövqelərinin daha da möhkəmlənməsini dəstəkləyir. Bu, çox vacibdir. Çünki Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində daha aktiv əməkdaşlıq etmək və orada statusunun yüksəldilməsini istəyirdi, Çin tərəfindən də iradə ortaya qoyuldu. Həmçinin Azərbaycan və Çinin beynəlxalq terrorizm və ekstremizmə qarşı bundan sonra da qlobal arenada ortaq addımlar atacaqlarını vurğulaması böyük əhəmiyyətə malikdir”.
Bu sözləri xaqlcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov bildirib ki, Azərbaycanla Çin arasında imzalanan sonuncu müqavilə təkcə siyasi, iqtisadi, ticari mənada əhəmiyyətə malik deyil, burada elmi və mədəni sahələrdə əlaqələrin də dərinləşdirilməsi nəzərdə tutulub: “Yəni qarşılıqlı şəkildə Azərbaycanda Çin günlərinin və Çində Azərbaycan günlərinin keçirilməsi önəmlidir. Eləcə də Azərbaycan və Çin kosmos sahəsində ortaq tədqiqatlar aparacaqlarını vurğulayıblar. Bu da çox önəmli və strateji əhəmiyyətə malik olan bir məqamdır”.
Onun sözlərinə görə, Azərbaycan bir daha Çindən vurğuladı ki, o, vahid Çin konsepsiyasını dəstəkləyir və Çinin ərazi bütövlüyü ilə bağlı beynəlxalq manipulyasiyalarda Çin əleyhinə heç vaxt tərəf olmayacağını çox açıq, aydın formada nümayiş etdirdi: “Həmçinin Azərbaycan və Çin bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcəyini diqqətə çatdırıb. Azərbaycanla Çin arasında imzalanan hərtərəfli birgə bəyanat iki ölkə münasibətləri üçün böyük tarixi əhəmiyyətə malikdir”.
Röya İsrafilova