Politoloq: Azərbaycan-Çin tərəfdaşlığı quruculuq, sülh, təhlükəsizlik istiqamətində əməkdaşlığı nəzərdə tutur Siyasət

Politoloq: Azərbaycan-Çin tərəfdaşlığı quruculuq, sülh, təhlükəsizlik istiqamətində əməkdaşlığı nəzərdə tutur

Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına səfəri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti ölkənin milli maraqları əsasında formalaşır.Bu sözləri APA-ya açıqlamasında politoloq Teymur Atayev deyib.

Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan–Çin strateji tərəfdaşlığı

Politoloqun sözlərinə görə, Çin-Azərbaycan münasibətlərinin möhkəm təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu əlaqələr Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün də uğurla inkişaf etdirilir.

“Ancaq hər cür geosiyasi hadisələrin – məsələn, bu dövlət səfəri və onun çərçivəsində imzalanmış sənədlər, eləcə də dövlət başçılarının – cənab Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları göstərir ki, bütün bunların bir təməli olmalıdır. Bu təməl isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, hələ 1994-cü ildə Çin Xalq Respublikasına səfər etmişdi. Məhz həmin vaxt o, Çin xalqını böyük xalq, Çin Xalq Respublikasını isə böyük dövlət adlandırmışdı. Həmin dövrdə əsasları qoyulan ikitərəfli münasibətlər bu gün də ölkə başçısının apardığı siyasət nəticəsində inkişaf etdirilir. Bu, artıq birinci dəfə deyil. Qlobal miqyasda yanaşsaq, Azərbaycan Prezidenti İlham Əliyevin Çin televiziya kanallarına – yəni Çin informasiya mənbələrinə, o cümlədən televiziya kanallarına və məsələn, “Sinxua” agentliyinə verdiyi müsahibələrin nə qədər dərin və əhatəli olduğunu tez-tez müşahidə edirik. Burada təkcə ikitərəfli münasibətlərdən deyil, ümumilikdə dünya geosiyasətinə verilən qiymətdən bəhs olunur. Bu baxımdan Azərbaycan–Çin münasibətləri dərin şəkildə təhlil olunur. Çünki burada təkcə ikitərəfli əlaqələrdən deyil, həm də yeni dünya nizamının formalaşmasından söhbət gedir. Bu proses həm ikitərəfli münasibətlərin möhkəmlənməsi, həm də Azərbaycanın bu gün “orta gücə malik dövlət” kimi tanınması prizmasından qiymətləndirilir. Bu mənada Azərbaycan artıq bu anlayışın da hüdudlarından kənara çıxır – yəni sadəcə regional dövlət deyil, kosmik regionun və ümumi Mərkəzi Asiyanın sərhədlərini aşan bir aktor kimi çıxış edir,” deyə Teymur Atayev əlavə edib.

Mədəni körpülər və qrtaq dəyərlər: Azərbaycan–Çin humanitar əməkdaşlığı

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi Azərbaycan- Çin münasibətlərinin yeni mərhələyə daxil olmasına əlavə güc verir- ÖZƏL

Mədəniyyət məsələsində toxunan politoloq bildirib ki, Çin xalqının mədəniyyəti Konfutsi İnstitutu vasitəsilə Azərbaycanda təqdim olunur: “Burada söhbət təkcə strateji tərəfdaşlıqdan getmir. Söhbət həm də mədəni-humanitar körpülərdən gedir. Çünki təhsil, tələbələrin qarşılıqlı mübadiləsi məsələləri də geniş şəkildə müzakirə olunur. Digər tərəfdən, vizasız səyahət məsələsi göstərir ki, turizm sahəsi inkişaf edəcək və insanlar bir-birini daha yaxından tanıyacaqlar. Bundan əlavə, qeyd etmək lazımdır ki, Çin və Azərbaycan daim bəşəriyyətin ortaq taleyi birliyinin qurulması istiqamətində hədəflər qoyan dövlətlərdir. Azərbaycan üçün multikulturalizm siyasəti həmişə xarakterik olub və bu siyasət cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu, cənab Si Cinpinin də daim dünya ictimaiyyətinə səslənərkən vurğuladığı “Bəşəriyyətin ortaq taleyi birliyi” anlayışı ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, bizim tərəfdaşlığımız heç bir tərəfə qarşı yönəlməyib – əksinə, quruculuq, ortaq məqsədlər, sülh, qeyri-müdaxilə prinsipləri və dövlətlərin sülhü, təhlükəsizliyi, sabitliyi gücləndirmək istiqamətində əməkdaşlığı üçün nəzərdə tutulub.”

Orta Dəhliz: Azərbaycan vasitəsilə sülh və əməkdaşlıq marşrutu

Çinin "Orta Dəhliz" marağı - RAKURS

Politoloq qeyd edib ki, bu əməkdaşlıq həm regionumuzda, həm də regiondan kənarda həyata keçirilə bilər: “Bu arada, Orta Dəhlizdə Azərbaycanın oynadığı əhəmiyyətli rol – yəni Çin və Avropa arasında əlaqələndirici mövqe – müxtəlif ölkələrin bu logistik marşrutda sülh şəraitində birgə yaşaya bilməsini göstərir. Bu dəhliz müxtəlif millətlərin, dinlərin və hətta müxtəlif geosiyasi cərəyanların nümayəndələrini birləşdirir. Məsələn, Macarıstan həm Avropa İttifaqının, həm NATO-nun üzvüdür, eyni zamanda Türk Dövlətləri Təşkilatında müşahidəçidir. Eyni sözləri Gürcüstan barədə də demək olar. Hazırda bu istiqamətin təkcə Mərkəzi Asiyaya deyil, Yaxın Şərqə və digər Asiya regionlarına da çıxış əldə etdiyini müşahidə edirik.”