
Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!
24 Aprel 22:43
24 Aprel 22:43
24 Aprel 21:17
24 Aprel 21:14
Ermənistan vaxt qazanmaq üçün güzəşt siyasəti yeritməlidir. Mən Tavuşla sərhəddəki kəndlərdə bir-bir olmuşam, onların hamısı türk kəndləridir.
Xalqcebhesi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində iştirak edən erməni polkovnik Andranik Davtyan “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O, Qazaxın kəndlərinin işğalında iştirak etdiyini təsdiqləyib:
“Biz sadəcə Cermukdan bir hissəni Azərbaycana verməyə razılaşmışıq, qalanları hələ yox. Ümumiyyətlə, Tavuşa bitişik kəndlərdə olmuşam, onlar türklərindir. Biz Qarabağı qaytardıq, o kəndləri də təhvil verməliyik. Həmin kəndlərin ələ keçirilməsində şəxsən iştirak etmişəm, haradan, kimdən aldığımızı çox yaxşı bilirəm. Onu da bilirəm ki, o kəndlərin heç biri bizim deyil. Sadəcə, Əskiparanın bir hissəsi bizim, bir hissəsi Azərbaycanındır”.
Polkovnik Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanımasını təqdir edib:
“Yazıq Paşinyan nə etməli idi? Onsuz da bunu baş nazirdən öncə Rusiya Prezidenti Vladimir Putin də elan etmişdi”.
Qeyd edək ki, Ermənistan KİV-də Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin demarkasiya və delimitasiya prosesinin növbəti mərhələsi çərçivəsində Azərbaycana təhvil veriləcəyinə dair məlumatlar yayılıb.