“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
25 Aprel 13:50
2 114
ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi istiqamətdə hazırda Ermənistanda müvafiq addımların atılması gözlənilir.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bölgədə narazılıq mənbəyi olaraq Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur: “Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır.
Revanşist meyillər dedikdə bu günlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə əfsuslar olsun ki, dünən Fransada baş verib. Bizim gözləntimiz ondan ibarətdir ki, bu ölkələrin müvafiq strukturları digər ölkənin atributlarının yandırılmasının cinayət əməli kimi qiymətləndirilməsi üçün ciddi addımlar atsın”.
13 Dekabr 17:17
1 792
13 Dekabr 12:09
2 072
12 Dekabr 17:54
3 416