Hindistan və Pakistan arasında  müharibə gözlənilmir Siyasət

Hindistan və Pakistan arasında  müharibə gözlənilmir

Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə gözlənilmir. Hindistanın birinci Kəşmir müharibəsini dayandıran "Hind çayı müqaviləsi" cixması, müharibə hazırlığıdır. Hər iki ölkə nüvə silahına malikdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, tərəflərin birinin qalib gəlmək şansı yoxdur. Hindistanda islamafob və millətçi Modi Pakistana münasibəti kifayət qədər mənfidir:

"Kəşmirdə turistlərə hücumu bəhanə edərək, müharibəyə hazırlıq əvvəlcədən planlaşdırılması istisna deyil. Pakistan hökumətinin Kəşmirdə terrora dəstək verməsi mümkün deyil. Rəsmi İslamabad müharibədə maraqlı deyil. Hindistan son illərdə inkişaf edən Pakistan-Cin əməkdaşlığından narahatdır. Hindistan Pakistan üzərində siyasi və psixoloji qələbə əldə etməklə regionda və beynəlxalq müstəvidə mövqeyini gücləndirmək istəyir.
Azərbaycan Pakistanı dəstəkləyir. Kəşmirdə Hindistanın işğalını qəbul etmir".

Cavid