

25 Aprel 18:13
Biz ərazilərin minalardan təmizlənməsi sahəsində həm Azərbaycana, həm də Ermənistana dəstək göstərməyə hazırıq. ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur.
Xalqcebhesi.az xəbər verir ki, bunu ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
O qeyd edib ki, əgər tərəflər istək göstərərsə, ATƏT bu istiqamətdə hər iki ölkəyə dəstək verməyə hazırdır.