

27 Aprel 17:45
26 Aprel 18:40
COP29-u keçirməklə Azərbaycan qlobal həmrəyliyin nə demək olduğunu sərgilədi.
Bunu keniyalı nümayəndə, SMACHS fondunun təsisçisi Çarlene Ruto Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
"Quraqlıq, su hövzələrinin quruması, o ərazidə yaşayayan icmaların bundan əziyyət çəkməsi bizim reallığımızdır. Ekosistemləri qoruya bilmək üçün birlikdə hərəkət etməliyik. Gənc icmaları bu işə cəlb etməliyik. Planetin xilası bizim birgə səylərimizdən asılıdır. COP29-u keçirməklə Azərbaycan qlobal həmrəyliyin nə demək olduğunu sərgilədi. Güclü tərəfdaşlıq olmadan qlobal problemlərin həlli mümkün deyil. Qlobal Cənub QHT Platforması bizim üçün dönüş nöqtəsi olmalıdır", - o əlavə edib.