

27 Aprel 17:45
26 Aprel 18:40
“Hazırda dünyada dayanıqlı inkişaf məqsədlərinin yarısının icra vəziyyəti qeyri-kafidir. Onların tam yerinə yetirilməsi üçün 4.2 milyon ABŞ dolları məbləğində vəsait ayrılması zəruridir”.
APA xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransında bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanın 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə nail olması məqsədilə səylərini əsirgəməyəcək:
“Hazırda dünyada dayanıqlı inkişaf məqsədlərinin yarısının icra vəziyyəti qeyri-kafidir. Onların tam yerinə yetirilməsi üçün 4.2 milyon vəsaitin ayrılması zəruridir. Vətəndaş cəmiyyətinə dəstəyin vacibliyini dərk edirik. Bir daha vurğulamaq lazımdır ki, eyni vərəqədən mahnı ifa etmək üçün orkestrə ehtiyacımız var. Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatları bu prosesdə lokomotiv rolunu oynayır. Dəyişikliyin gücü bizim birləşmək qüdrətimizdədir. Ötən il COP29 tədbirləri birliyin nə qədər əhəmiyyətli olduğunu göstərdi. Hesab edirəm ki, iqlim maliyyəsi və adaptasiya strategiyası ilə bağlı aparılan müzakirələr yalnız vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı ilə daha çox effektivdir. Hazırda dünyada dayanıqlı inkişaf məqsədlərinin yarısının icra vəziyyəti qeyri-kafidir. Onların tam yerinə yetirilməsi üçün 4.2 milyon ABŞ dolları məbləğində vəsait ayrılması zəruridir. Birgə təşəbbüslərin icrası ilə bağlı kollektiv addımlar zəruridir”.