

Azərbaycan və Çin dostdur, biz "Bir kəmər - Bir yol" istiqamətində karbon emissiyalarının azaldılması naminə əməkdaşlıq edəcəyik.
APA xəbər verir ki, bunu Çinin "Bir kəmər -Bir yol" layihəsinin Baş Katibinin müavini Proffesor Renying Li Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
"Biz qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün səylərimizi birləşdirməliyik. Bu il "Paris Sazişi"nin 10, BMT-nin 80 illiyi qeyd ediləcək. Yaşıl və karbonsuz inkişaf üçün əməkdaşlıq etməliyik, inkişaf etmiş ölkələr inkişafda olan ölkələrə dəstək olmalıdır, dövlətlər dayanıqlı inkişaf strategiyalarını hazırlamalıdır. Çin bu il inkişafda olan ölkələrə maaliyyə yardımı etmişdir. Biz öz biliklərimizi də, təcrübələrimizi də paylaşmağa hazırıq. Çin iqlim dəyişikliyinə qarşı üzərinə götürdüyü öhdəliklər üçün çalışır".