

Aprelin 28-də Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub.
Nazirliyin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, iclasda İctimai Şuranın fəaliyyət istiqamətləri müzakirə edilib, Şuraya sədrin, sədr müavinin və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Çingiz Qənizadə İctimai Şuranın sədri, Əmir Əliyev sədrin müavini, Mətanət Əsgərova isə Şuranın katibi seçilib.
İclas çərçivəsində İctimai Şuranın iş planının müzakirəsi aparılıb, Şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.