Siyasi partiyaların azad olunmuş ərazilərə növbəti səfəri təşkil olunub Siyasət

Siyasi partiyaların azad olunmuş ərazilərə növbəti səfəri təşkil olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri Laçın şəhərinə təşkil olunub.

Siyasi dialoqa dəstək layihələri

Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlük verməsinin təzahürüdür.

Siyasi dialoq mühitində növbəti səfər

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan növbəti səfər sayca altıncıdır. Siyasi partiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Əsgəran, Xocalı və Xankəndiyə təşkil olunub.

Birgə səfərlərin tarixi

Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ci ilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həmin ilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasiləri növbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24 iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub. 2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələri Əsgəran, Xocalı və Xankəndidə olublar.

Laçına səfərin məqsədi

Cari səfərdə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, habelə artıq fəaliyyət göstərən müəssisələr ilə tanışlıq nəzərdə tutulur.