“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
29 Aprel 12:38
2 576
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
“APA-Economics” xəbər verir ki, bununla bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev “Facebook” səhifəsində paylaşım edib.
“Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirdik. Görüşdə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi və hava nəqliyyatı əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.
Samir Rzayev onu da qeyd edib ki, ötən il iki ölkə arasında sərnişin axının yüksək olması turizm əlaqələrinin gücləndiyini və dostluq münasibətlərinin möhkəmləndiyini təsdiqləyir.
13 Dekabr 17:17
1 799
13 Dekabr 12:09
2 072
12 Dekabr 17:54
3 416