Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb Siyasət

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb

Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar aspektləri nəzərdən keçirilib.

Tərəflər həmçinin Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.