“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
30 Aprel 17:49
2 478
Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub.
Xalqcebhesi.az Teleqraf-a istinadla xəbər verir ki, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.
Təqdimatda K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.
Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.
Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
13 Dekabr 17:17
1 799
13 Dekabr 12:09
2 072
12 Dekabr 17:54
3 416