“Aparıcı dövlətlər gec-tez ədalətli mövqe sərgiləcək” Siyasət
Ermənistan öz müqəddaratını həll edib və dövlətini də yaradıb.
Bakının Kataloniya presedenti fonunda Brüsseldə keçiriləcək növbəti "Şərq tərəfdaşlığı" sammitindən gözləntiləri ilə bağlı danışarkən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev belə deyib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Kataloniya hadisələri ilə Qarabağda baş verənlərin tamamilə fərqli məsələlər olduğunu vurğulayıb:
"Dünya birliyi hazırda qəti şəkildə İspaniyanın ərazi bütövlüyünün pozulmasına qarşıdır. Kataloniyadan fərqli olaraq Ermənistan terrorçu qruplaşmaların dəstəyi ilə ölkəmizə qarşı etnik təmizləmə siyasəti həyata keçirib və ərazilərimizin 20 fazini işğal edib. Bu günə qədər problem hələ də öz həllini tapmayıb. Avropada baş verənlər separatçılığı dəstəkləyən qüvvələrin atdığı addımlardır. Dünya birliyi, dövlətlərarası münasibətlər beynəlxalq hüquq prinsipləri ilə qurulur. Ona görə də hər hansı bir vilayətin öz sözünü deməsində əsas dövlətin mövqeyi götürülür və beynəlxalq prinsiplərə söykənən addımlar atılır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bununla bağlı BMT-nin dörd mühüm qətnaməsi var. Bu dörd qətnamə artıq öz yerini tutmalıdır. Böyük güclər isə bu istiqamətdə yalnız beynəlxalq hüquq prinsiplərinə söykənərək öz addımlarını ata bilərlər. Söhbət Helsinki Yekun Aktı, BMT və AŞPA-nın Qarabağa dair qəbul etdiyi qətnamələrdən gedir".
Millət vəkili hesab edir ki, Ermənistan Brüssel sammitində öz istəyinə nail ola bilməyəcək: "Azərbaycan ərazilərini işğal edən Ermənistan siyasi rəhbərliyinin indi bu cür mövqedən çıxış etməsi çox absurddur. İrəvanın Avropa Birliyi ilə çərçivə sazişinə xalqların öz müqəddaratını təyinetmə prinspini salmağa gücü çatmaz. Azərbaycanın mövqeyi dünya ictimaiyyətinə tam açıqdır. Qarabağ danışıqlarını aparan şəxs kimi prezidentin həm beynəlxalq hüquqa, həm xalqa söykənən mövqeyi, həm də şəxsi nüfuzu fonunda aparıcı dövlətlər gec-tez ədalətli mövqe sərgiləcək. İnanıram ki, yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemin həllinə nail ola biləcəyik. Təbii ki, işğalçı Ermənistanın mövqeyi elə mövqe olaraq da qalacaq. Çünki böyük dövlətlər də Qarabağ münaqişəsinin həllində maraqlıdır".
Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir.