Prezident İlham Əliyev: "Putinlə görüşdə münasibətlərimizə nəzər yetirdikdə, aşkar etdik ki, həllini tələb edən heç bir məsələ yoxdur"
"Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə, aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur".
Bunu Azərbaycan prezidenti İlham ƏliyevRusiya Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edərkən deyib.
"Bütün məsələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər, - deyə o vurğulayıb.
Dövlət başçısı onu da bildirib ki, xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir.