Ankara-Vaşinqton münasibətlərində yeni mərhələ Siyasət
Türkiyə bölgədə ABŞ-ın ən yaxın müttəfiqidir və 1947-ci ildən başlayan, hər iki tərəfin maraqlarına cavab verən strateji münasibətlər 70 ildir davam edir.
Amma son illər iki ölkə arasında münasibət çox gərginləşib. Rəsmi Ankara bildirir ki, Ağ ev bölgədə Türkiyəyə qarşı bəzi addımlar atır.
Vaşinqton-Ankara münasibətlərində gərginlik müşahidə olunduğu bir dövrdə Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a gedib və bu ölkənin vitse-prezidenti Maykl Penslə görüşüb.
Türkiyə ABŞ-ı həm Yaxın Şərqdə, həm də Afrikanın şimalındakı hadisələrdə müdafiə edib və terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Vaşinqtonun başçılıq etdiyi beynəlxalq koalisiyaya qoşulan ilk dövlətlərdəndir. Ancaq ABŞ-ın İraq və Suriyada terrorçu PKK-nın qollarını dəstəkləməsi rəsmi Ankaranın haqlı narahatlığına və etirazına səbəb olur.
Baş nazirin səfərindən iki həftə əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar terrorçu PKK qruplaşmasına 3500 TIR-dan çox silah göndərib: "Türkiyə terror qruplaşmaları ilə mübarizəni gücləndirir. Bəziləri bundan narahat olur və bizə təzyiqlər edir. Bizimlə müttəfiq olduğunu deyən ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan "PYD" və "YPG" ilə Raqqanın İŞİD-dən təmizlənməsi əməliyyatını aparır. Onların PKK olmadığını deyirlər. Bəs Raqqada "PYD" döyüşçülərinin PKK lideri Abdullah Öcalan portreti açmasına nə deyirsiniz? Biz olanları və reallıqları danışırıq. Bölgəyə 3500 TIR-dan çox silah daşınıb. Bunların harada, necə qablaşdırıldığını bilirik. Siz də bunu yaxşı bilin".
Türkiyə prezidenti Suriyanın İdlib vilayətində apardıqları hərbi əməliyyatdan sonra növbədə "PYD"nin nəzarətində olan Afrin qəsəbəsinin durduğunu da söyləyib: "İdlibdə əməliyyat böyük ölçüdə uğurla tamamlandı. Növbədə Afrin vilayətidir. Əvvəl də dedik, indi də deyirik. Bir gecə qəflətən gələ bilərik. Nə qədər ciddi olduğumuzu çox yaxşı bilirlər".
Xatırladaq ki, bu ilin mayında ABŞ Türkiyəyə terrorçu PKK-nın qolu olan "YPG"-yə göndərilən silahlarla bağlı aşağıdakı təminatı vermişdi:
- "YPG"yə veriləcək silahların hamısı sayılacaq və qeydə alınacaq;
- Silahların sayı, vacibliyi əməliyyata uyğun olacaq. Sadəcə, yetərli sayda silah veriləcək. Onlardan istifadəyə ABŞ hərbçiləri nəzarət edəcək;
- Verilən silahların başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, o zaman bütün silah ötürülməsi dayandırılacaq;
- Raqqa (İŞİD-in özünə paytaxt elan etdiyi Suriya şəhəri - "Report") əməliyyatı bitər-bitməz "YPG"nin əlindəki bütün ağır silahlar alınacaq;
- Raqqa azad edildikdən sonra bu şəhərdə "YPG" üzvləri qalmayacaq. Şəhərin idarə edilməsi və təhlükəsizliyi suriyalı ərəblərə həvalə ediləcək.
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü, polkovnik Con Dorrian isə bu ilin əvvəlində terrorçu PKK-nın Suriyadakı başqa bir qolu "PYD"yə veriləcək silahların bir hissəsinin Suriyada olduğunu və İŞİD-ə qarşı mübarizədən sonra onların geri alınmayacağını bildirmişdi.
Oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Ağ evin addımına cavab olaraq Türkiyə də ABŞ vətəndaşlarına viza vermirdi. Oktyabrın 24-də Türkiyəyə səfər edən ABŞ Dövlət Departamentinin təmsilçiləri viza probleminin aradan qaldırılması üçün şərtlər irəli sürdü: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlillər təqdim edilməli, ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməli.
Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: "Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlar ön şərtsiz başlayıb".
Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı ilə təmaslarda şübhəli bilinərək tutulmuşdu. O, saxlanılandan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.
İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı azadlığa buraxılıb.
Binəli Yıldırımın səfəri öncəsi ABŞ hökuməti Türkiyə vətəndaşlarına viza verilməsini müəyyən məhdudiyyətlə bərpa edib.
Türkiyə ilə ABŞ arasında həllini gözləyən problemlər az deyil. Onların arasında Fətullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da gizlənən lideri Fətullah Gülənin və digər rəhbər şəxslərinin Ankaraya təhvil verilməməsi, terrorçu PKK-a ilə mübarizə, onun qolları "PYD" və "YPG"-yə münasibət, iki ölkə arasındakı viza probleminə tətbiq edilən məhdudiyyətin aradan qaldırılması, terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr, İraqın şimalındakı Kürd Muxtar Əyalətinin "müstəqilliklə" bağlı keçirdiyi "referendum", miqrant böhranı və digər məsələlər var.
Binəli Yıldırım deyib ki, ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşdə bəhs etdiyimiz mövzuları onun diqqətinə çatdırıb.
Görüşdən sonra Türkiyə hökumətinin başçısı jurnalistlərə açıqlamasında faydalı bir görüşün keçirildiyini söyləyib: "Son zamanlar iki ölkə arasında yaşananların nə Türkiyəyə, nə də ABŞ-a xeyri olmadığını söylədik".
ABŞ-ın vitse-prezidenti isə bildirib ki, terrorçu PKK-ya qarşı mübarizədə Türkiyəni dəstəkləyirlər: "Məsələlərə həssaslığınızı anlayırıq. Silahlara nəzarəti daha yaxından izləyəcəyik".
Binəli Yıldırımla Maykl Pens arasında keçirilən görüşün nəticələri ilə bağlı Ağ evin yaydığı açıqlamada isə qeyd olunub ki, bu görüş iki ölkə arasında yeni bir səhifə açıb: "İki ölkə dost, müttəfiq olaraq tərəflər arasında konstruktiv dialoqa ehtiyac olduğu razılaşdırıldı. Orta Şərqdə sabitlik üçün müzakirələr davam etdiriləcək".
Baş nazir həmçinin Vaşinqtonda və Nyu-Yorkda türkdilli xalqların, eləcə də müsəlman və yəhudi icmalarının təmsilçiləri, media qurumları, sərmayəçilər və iş adamları ilə də görüşüb.
Belə ehtimal etmək olar ki, ABŞ-ı narahat edən məsələlərdən biri, heç şübhəsiz, Ankara-Moskva arasında münasibətlərin normallaşması və əməkdaşlığın genişlənməsidir. Düzdür, bu barədə görüş iştirakçıları KİV-ə məlumat vermədi. Ancaq görüşdə Rusiya-Türkiyə münasibətlərindən söz açılmaması istisna edilir.
Qeyd edək ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. O, rusiyalı həmkarı Vladimir Putinlə Suriya məsələsinə dair Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD"nin cəlb olunmasını, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya "S-400" zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər.
Beləliklə, viza böhranı Ankara və Vaşinqtonun bir-birinə qarşı iddialarının ortaya çıxması, aşkarlanması üçün zəmin yaratdı. Türkiyə rəsmləri ABŞ-ı, Vaşinqton isə Ankaranı birbaşa və dolayı yolla tənqid edirdilər. Viza böhranı tərəflərin aralarındakı problemləri, siyasi umu-küsüləri müzakirə etməsi üçün şərait yaratdı. Binəli Yıldırımın ABŞ-a səfəri tərəflərin münasibətlərinə aydınlıq gətirdi. Tərəflər narazı qaldıqları məsələləri bir-birinə açıq şəkildə demək imkanı qazandılar.
ABŞ-Türkiyə münasibətlərinin normal olması təkcə iki ölkənin xeyrinə deyil, bütövlükdə bölgə dövlətləri üçün də sərfəli sayıla bilər.
Nəhayət, bu səfər Türkiyə-ABŞ münasibətlərini yenilədi. Bu yenilənmənin nəticələri isə yaxın zamanda da hiss edilə bilər.