“İşğala son qoyulmalıdır” Siyasət

“İşğala son qoyulmalıdır”

"İşğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmalıdır və Ermənistanın təcavüzkar siyasətinə son qoyulmalıdır". Bu fikirləri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Deputat bildirib ki, ermənilər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması ilə atəşkəsin saxlanılmasına və işğal siyasətinin uzadılmasına xidmət etdirmək istəyirlər. R. Rzayev əlavə edib ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələri həddindən artıq güclü olduğunu görür: "Buna görə də Ermənistan qorxudan səhra köməkçilərini artırmaq və işğalçı siyasəti davam etdirmək istəyir. Hesab edirəm ki, bu ikili standartlardır".
Deputat əlavə edib ki, ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin rəhbərləri, XİN başçıları Ermənistanı ədalətli mövqeyə gətirməyi bacarmalıdır, işğala son qoyulmalıdır.