Rusiyanın təklifinə “yox” deməliyik Siyasət
Natiq Miri: "Azərbaycan etdiyi bu strateji seçimin arxasında dura biləcək qədər güclü dövlətdir"
Vəfa Quluzadə: "Avrasiya İttifaqı və Gömrük Birliyinin uğur qazanacağı inandırıcı deyil"
Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə Rusiya və Belarus KİV-inin yaydığı məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni "güc mərkəzi"inə çevriləcəyini deyib.
Aleksandr Lukaşenkonun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verib.
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da məsələyə münasibət bildirib: "Azərbaycanın hələlik Avrasiya İttifaqına qoşulmaq niyyəti yoxdur. Biz hələlik bu barədə düşünmürük".
Novruz Məmmədovun "hələlik" ifadəsi işlətməsi diqqətdən yayınmayıb. Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə kifayət qədər ehtiyatlı mövqe sərgiləməyə üstünlük verir. "Rəsmi Bakı Rusiyanın təzyiqlərindən ehtiyat edir. Ona görə də məsələ ilə bağlı qəti mövqe bildirməyə tələsmir. Novruz Məmmədovun da "hələlik" ifadəsini işlətməsini təsadüfi deyil. Yəni, Azərbaycan situasiyaya uyğun qərar verməyi planlaşdırır".
Politoloq Natiq Miri bildirdi ki, öncə "Avrasiyanı Azərbaycan üçün cəlbcedici edən nədir ki, bu birliyə daxil olsun" sualına cavab tapmaq və əsaslandırmaq lazımdır. Onun fikrincə, Avrasiyaya daxil ola biləcək ölkələrlə Azərbaycan iqtisadiyyatının əlaqəsi 10-faizi ötmür: "Avropa məkanı ilə əlaqələr 80-85 faizdir. Belə olan təqdirdə Azərbaycan niyə Avrasiyaya üzv olmaqla özü üçün problemlər yaratmalıdır? Başqa tərəfdən, Avrasiyaya üzvlük Azərbaycanın bir çox suveren hüquqlarından imtina demək olacaq. Üstəlik, bu iqtisadi birliyin yaxın perspektivdə vahid siyasi məkana gətirməyəcəyinə kim zəmanət verə bilər? O ki qaldı Qarabağ məsələsinin həllində Rusiyanın köməyinə, bu o qədər absurd məsələdir ki, bu barədə düşünməyə belə lüzum yoxdur. Düşünürəm ki, bütün bunları Azərbaycanın dövlət başçısı çox gözəl anlayır və onun siyasi iradəsi bu absurd ittifaqa üzv olmağa imkan verməyəcək. Qarabağ məsələsinin həlliylə bağlı düşünülmüş olaraq ortaya atılmış məsələ Azərbaycan üçün cəlbedici olması üçün edilib və bunu ölkəmiz üçün tələ hesab edirəm. Bu məsələ Rusiyanın xilası üçün ortalığa atılmış bir xülyadır və məhz Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Azərbaycanın burda heç bir mənada geosiyasi mənfəəti yoxdur və ola da bilməz. Azərbaycanın gələcək inkişaf perspektivləri Rusiyanın təklif etdiyi istiqamətdə deyil. Ona görə də Azərbaycan Avrasiyaya üzv olmaq təklifindən birmənalı imtina etməlidir. Və Azərbaycan etdiyi bu strateji seçimin arxasında dura biləcək qədər güclü dövlətdir".
Politoloq Vəfa Quluzadə deyib ki, Avrasiya İttifaqı siyasi hiylədir. Onun sözlərinə görə, Rusiyanın Avrasiya İttifaqı ilə hansı siyasi niyyətlərini həyata keçirmək istədiyini başa düşür: "Heç bir dövlət Moskvanın bu hiyləsinə getməyəcək". Vəfa Quluzadə hesab edir ki, Avrasiya İttifaqı və Gömrük Birliyinin uğur qazanacağı inandırıcı deyil. Politoloqun sözlərinə görə, Azərbaycan həmin qurumlara üzv olmayacaq: "Azərbaycan müstəqilliyindən imtina etməyəcək. Qurumun heç bir gələcəyi yoxdur. Çünki Rusiya faktiki olaraq təklənib. Keçmiş koloniyaları bir yerə yığıb NATO-nun əleyhinə qüvvə formalaşdırmağa çalışır. Buna baxmayaraq, Moskva Gömrük Birliyi və Avrasiya İttifaqını iqtisadi qurumlar kimi qələmə verir. Əslində bu ittifaqlar heç birlik statusunu da daşımırlar. Rusiya güclə ölkələri ora sürükləmək istəyir. Azərbaycanı Dağlıq Qarabağ məsələsilə qorxudur, müharibənin yenidən başlanacağı ilə təhdid edirlər. Qazaxıstanda yaşayan rusları ayağa qaldırmağa çalışırlar. Bu ölkədə də Ukraynadakı vəziyyəti təkrarlamaq niyyətlərini qarşılarına qoyublar. Ukraynanı da zorla Gömrük Birliyinə daxil etmək istədilər, mümkün olmadı. İndi də orada təxribatla məşğuldurlar". Vəfa Quluzadə Çinin Avrasiya İttifaqına münasibətini də izah edib. O, qeyd edib ki, Çin yalnız öz maraqlarının təmin edilməsinə və qlobal şəkildə qəbul etdirilməsinə çalışır: "Ona görə də Çinin Avrasiya İttifaqına üzv olacağı inandırıcı deyil. Gərək Çin bunun üçün Rusiyanı "ud"sun. Çünki Rusiyadan fərqli olaraq Çin inkişaf etmiş ölkədir. Rusiyanın bu dövlətdən yalnız nüvə silahı artıq ola bilər. O da hələ məlum deyil".
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Avrasiya İqtisadi Birliyi elan ediləndən sonra üzvlük məsələsində Moskvanın Bakıya təzyiqlərinin artacağı gözlənilir: "Azərbaycanın bu iki qurumda təmsil olunması nəinki Rusiya üçün, eyni zamanda, sözügedən hər iki qurumun gələcək taleyi baxımından əhəmiyyətlidir. Bunu Brüsseldə də gözəl anlayırlar. Gürcüstan və Moldovadan fərqli olaraq Azərbaycan və Ukraynanın seçim ortaya qoyması heç də asan deyil. Ən azı, Ukraynada baş verən son hadisələr buna bir siqnal idi. Sözügedən hər iki ölkənin qərarları regionun hansi istiqamətə inteqrasiya etməsi baxımdan əhəmiyyətlidir. Bu baxımdan, güman edilir ki, Avropa Komissiyasının prezidenti Azərbaycana səfəri zamanı daha çox qeyri-formal olsa da, Azərbaycanla Avropa Birliyi arasında strateji yol xərtəsini müzakirə edəcək. Düzdür, Azərbaycan 2009-cu ilin mayında Şərqi Tərəfdaşlıq Proqramına qoşulmaqla seçimini edib. Amma Şimal qonşumuzun təzyiqləri bu yolda irəlilənməyin heç də asan olmadığından xəbər verir. Ukrayna ərazi bütövlüyünü qorumaq problemi ilə üzləşdi, Ermənistan Moskvaya yenidən rəsmi olaraq "böyük qardaş" dedi".
Ekspertin sözlərinə görə, MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa, o zaman Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun 4 faizini təşkil edəcək: "Avropa İttifaqında bu göstərici 26 faizdir. Eyni zamanda, Avropa Birliyi vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.
Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi üzv olmağın Azərbaycana iqtisadi təsirlərini qiymətləndirən zaman nəzərə almaq lazımdır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ittifaqa üzv olan Rusiya, Belarus və Qazaxıstan Azərbaycan idxalının 18,5 faizini, ixracın isə 4,3 faizini təşkil edir. İxracda sözügedən ölkələrin payının az olması Azərbaycan iqtisadiyyatında neft sektorunun çəkisinin yüksək olması ilə bağlıdır.
Nəzərə almaq lazımdır ki, bu birlik üzvləri ittifaqa üzv olmayan dövlətlərə qarşı ümumi gömrük siyasəti həyata keçirir. Belə olan halda Azərbaycan Gömrük İttifaqına üzv olarsa, ölkənin Avropa Birliyi və o cümlədən Türkiyə ilə ticarətinə tətbiq olunan gömrük rüsumları ittifaqın cari üzvləri ilə razılaşdırılmalıdır. İttifaq üzvlərinin bütün enerji siyasəti ümumiləşdirilməlidir. Bu isə o deməkdir ki, üzv olacağı halda gələcəkdə Azərbaycan Avropa ilə birgə həyata keçirilməsi nəzərdə tutulan enerji layihələrində digər ittifaq üzvlərinin maraqlarını da nəzərə almalı və strategiyanı razılaşdırmalıdır. İttifaq daxili enerji qiymətləri, xüsusilə qazın qiymətləri də eyniləşdirməyi məqsəd olaraq qarşıya qoyur. Qazaxıstan artıq 2015-ci ilə qədər öz daxili bazarında qazın qiymətini Rusiya bazarına uyğunlaşdırmalıdır".
Ekspert hesab edir ki, Azərbaycan Gömrük İttifaqına üzv olmalıdır: "Həmçinin, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqları sürətləndirilməlidir ki, Moskvanın planlaşdırılmayan ciddi təzyiqi müşahidə edilərsə, o zaman çevik və sürətli avrointeqrasiya siyasəti həyata keçirə bilsin. Bundan əlavə, regionda Rusiyanın təzyiqləri artarsa, Moskva əmək miqrantları kartını sonra da Qarabağ kartı ilə əvəzləyərsə, Azərbaycanın praktik olaraq seçim imkanları olmasa, Bakının "Böyük Britaniya modeli" ilə daxil olması məqsədəuyğundur. Bu, Azərbaycana imkan verəcək ki, ittifaqa istisnalarla üzv olsun və enerji siyasəti də daxil olmaqla, özünün əsas makroiqtisadi siyasətində müstəqilliyini qoruyub, saxlasın. Bu zaman Azərbaycan ittifaqa üzv olur, amma əsas strateji siyasətində müstəqilliyini qoruyub, saxlaya bilir. Bununla bərabər Rusiyada yaşayan və bu ölkə vətəndaşlığı olmayan etnik azərbaycanlı əməkçi miqrantların Azərbaycana mərhələli qaytarılması və onların işlə təmin edilməsi üçün xüsusi dövlət siyasətinin hazırlanıb icra edilməsinə ehtiyac var. Bu, Rusiyanın öz layihələri ilə bağlı Bakıya təzyiq imkanlarının minimuma endirilməsinə səbəb ola bilər. Əmək miqrantlarının ölkəmizə il ərzində cəmi 1 milyard dollar göndərildiyini nəzərə alsaq, Azərbaycanın mövcud maliyyə imkanları bu təsirləri azaltmağa imkan verir. Eyni zamanda, Qarabağ danışıqlarının ən azı coğrafi baxımdan daha çox Rusiyadan kənarda keçirilməsinə çalışmaq lazımdır. Bu baxımdan prezidentlərin iki gün öncə Avropada bir araya gəlməsi ənənəsinin qorunub, saxlanması məqsədəuyğundur.
Nəhayət, qeyri-neft ixracatında strateji müttəfiqlərin, o cümlədən, Türkiyənin payının artırılması siyasəti həyata keçirilməlidir. Bu zaman inzibati mexanizmlərdən də çox təşviqedici alətlərdən istifadə edilməlidir. Bu, ittifaqın ölkənin ümumi ticarət dövriyyəsindəki çəkisinin mərhələli azalmasına səbəb ola bilər. Bütün hallarda Azərbaycan üçün bir siyasət prioritet olmalıdır - ölkəmiz Gömrük İttifaqına üzv olmamağa çalışmalıdır".
Əli