"Azərbaycan Asiya ilə Avropa arasında karbohidrogenlərin nəqlində strateji əhəmiyyətli oyunçudur".
Bunu Meksika Milli Neft İnstitutunun rəhbəri Ernesto Rios Patron jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycan və Meksika neft hasilatçılarıdır və bu amil ölkələri bir-birinə yaxınlaşdırır. Ernesto Patronun sözlərinə görə, bu, ölkənin və cəmiyyətin inkişafı baxımından çox vacibdir: "Ölkələr neft-qaz sənayesi sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Həm biz sizə faydalı ola bilərik, həm də biz sizdən neft-qaz sahəsində çox şey öyrənə bilərik. Oxşar çağırışlarımız və ümumi baxış bucağımız var".
Ernesto Patron həmçinin Cənub Qaz Dəhlizinin açılmasının əhəmiyyətini vurğulayaraq bir çox ölkələrin bu layihədə maraqlı olduğunu qeyd edib: "Öz tərəfimizdən, bir çox sahələrdə əməkdaşlıqla bağlı SOCAR ilə danışıqlara başlamışıq. Bura hətta mümkün investisiyalar da daxildir".