"Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb. Maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb".
Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, bundan əvvəlki səfir İvan Volınkin Ermənistanı aprelin ortalarında tərk edib: "İndi gəlin xatırlayaq görək, Rusiyanın Azərbaycandakı səfir postu neçə aydır boşdur – düz 6 ay! Keçmiş səfir Vladimir Doroxin Bakını noyabr ayında tərk edib. Yeni səfir Mixail Boçarnikovu isə Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəlində təsdiq edib və səfir hələ etimadnaməsini Bakıda təqdim etməyib. Söhbət ondan getmir ki, Rusiya Azərbaycanda səfir postunu çox boş saxlamamalıdır. Əsas məsələ odur ki, Rusiya Azərbaycanda bir müddət səfirsiz keçinə bilir, Ermənistanı isə uzun müddətə nəzarətdən kənar qoymaq istəmir".