Vaşinqtonda möhtəşəm tədbir-AXC 100 Siyasət
ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan "Endryu Melon Auditorium"da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib. Ziyafətdə ABŞ tərəfini daxili işlər və ekologiya naziri Rayan Zinke, Ağ Evin rəsmi nümayəndəsi və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill, dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, müdafiə katibinin köməkçisinin müavini Laura Kuper, ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri Andrü Şofer, ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson, konqresmenlər Bill Şuster, Henri Koeller, Mark Medous, Kolumbiya dairəsinin katibi Lauren Vaugan təmsil edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, min nəfərədək qonağın iştirak etdiyi ziyafətə ABŞ-ın dövlət qurumları, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkə səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, düşüncə mərkəzləri, geniş ictimaiyyət, o cümlədən Azərbaycan, türk və yəhudi icmasının çoxsaylı nümayəndələri qatılıb.
Tədbirin əvvəlində ABŞ hərbi hava qüvvələrinin hərbi orkestri Azərbaycanın və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa edib.
Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu deyib. O, 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən, cinsindən asılı olmayaraq, hər kəsin bərabərliyinin təmini edildiyini, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini bildirib. 100 il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir ölkənin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini, bu layihələrin yalnız Azərbaycan deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulayıb.
E. Süleymanov Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələr arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı qeyd edib. Həyata keçirilən irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. O, ümidvar olduğunu bildirib ki, tezliklə işğaldakı ölkə torpaqları azad olunacaq, didərgin düşmüş soydaşlarımız öz yurdlarına geri qayıdacaq və Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquq əsasında sülh bərqərar olunacaq.
Prezident İlham Əliyevə istinadən səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günlə fəxr edərdi. O, Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını, ölkənin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. E. Süleymanov ABŞ administrasiyası da daxil olmaqla, ziyafətdə çoxsaylı qonaqların iştirakını Azərbaycanın əhəmiyyətinin göstəricisi kimi qiymətləndirib.
Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər.
Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı səmimi təbriklərini çatdırıb. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkənin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirib. Azərbaycanı müttəfiq, dost və tərəfdaş adlandıran nazir Azərbaycanın həm region, həm də dünya üçün çox vacib olduğunu söyləyib.
ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill çıxışında prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubu oxuyub. Sonra o, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəyə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanının inanılmaz nailiyyətlər əldə etdiyini vurğulayıb.
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink bu yaxınlarda Azərbaycana səfərdən olduqca məmnun qayıtdığını, Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müsəlman demokratik respublikası olduğunu xatırladaraq bu dövlətin nailiyyətlərini sadalayıb. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihənin Xəzər regionunu dünya iqtisadiyyatına inteqrasiya edəcəyinə diqqət çəkib.
Daha sonra ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Pentaqonun Azərbaycanla əməkdaşlığının tarixçəsinə nəzər yetirib, ABŞ-ın Bakı ilə tərəfdaşlığa önəm verdiyini qeyd edib.
Konqresdə Azərbaycan işçi qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller öz çıxışlarında 100 illik yubiley münasibətilə Azərbaycanı təbrik edib, Bakının ABŞ üçün vacib tərəfdaş olduğunu bildirib, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıblar.
Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2018-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub. Sonra Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxuyub.
Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, "Silk Road Dance Company" və "Ritm Rəqs" qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib və milli mətbəxin nümunələrindən ibarət təamlar təqdim olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün iftar süfrəsi təşkil edilib.