“Azərbaycan Aİ-nin dəstəyinə layiqdir“ Siyasət
"Azərbaycanın strateji, lakin hələ də qeyri-stabil geosiyasi mövqeyi və vəziyyəti elədir ki, bu ölkə xüsusilə Rusiya və İranla artan gərginliyin fonunda Avropa İttifaqının dəstəyinə layiqdir".
Bu barədə Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin sədr müavini, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının prezidenti Yan Zahradilin "Euractiv" nəşrində dərc olunan yazısında deyilir.
Yazıda bildirilir ki, Aİ - Azərbaycan əlaqələrindəki son soyuqluq kiçik Asiya ölkəsinə potensial stabil və etibarlı tərəfdaş kimi laqeyd yanaşılmasına səbəb olub, lakin bu dövr artıq geridə qalıb: "Azərbaycanın geosiyasi mövqeyi çox həssasdır. Onun Rusiya ilə əlaqələri Rusiyanın keçmiş ərazilərində nüfuzun artırmaq kimi təcavüzkar davranışlarına görə gərginləşib. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə dair istənilən addımı Rusiya tərəfindən milli maraqlarına təhlükə kimi qiymətləndirilir. Rusiyanın "güclü əli" regionda hələ də güclüdür. Məsələn, hər kəsə məlumdur ki, uzanan Dağlıq Qarabağ münaqişəsinin həlli geniş mənada Rusiyanın əlindədir. Azərbaycan nə qədər çox müstəqil xarici siyasət yürütdükcə, bu, Rusiyanı daha çox qıcıqlandırır. Çin tərəfindən icra edilən "Bir kəmər, bir yol" təşəbbüsündə Rusiya olmadan Azərbaycanın iştirakı, Aİ və ABŞ ilə birbaşa enerji əlaqələri və NATO-nun bəzi əməliyyatlarında qismən iştirak Rusiya üçün qəbuledilməzdir. Azərbaycanı Avropa İttifaqının maraqları çərçivəsindən uzaqlaşdırmaqla bu balaca ölkənin geosiyasi reallıqlarını yanlış anlamaq və Rusiyanın növbəti qələbəsini qeyd etmək olar".
Yan Zahradil bildirib ki, İranla münasibətlər də elə asan deyil: "Hazırda İranda 30 milyon etnik azərbaycanlı yaşayır. Lakin onlar öz dillərini istifadə etmək kimi əsas insan haqlarından məhrum edilib. Azərbaycanın İrana qarşı siyasəti tamamilə neytraldır. İran hesab edir ki, Azərbaycanın daha çox ənənəvi islam həyatını qəbul etməsi üçün bu ölkəyə təsir etməlidir. Bu isə ölkənin modern tarixinə ziddir. Qərb, o cümlədən Aİ Azərbaycanın dünyada islam ölkəsi kimi müsbət nümunə statusunu qorumalıdır".
Avropalı parlamentar qeyd edib ki, Azərbaycan və xüsusilə Bakı beynəlxalq nəqliyyat, turizm mərkəzinə çevrilir: "Geosiyasi cəhətdən vacib CQD layihəsi xüsusilə Mərkəzi və Şərqi Avropanın enerji diversifikasiyasını təmin edəcək. Etibarlı və stabil tərəfdaş kimi Azərbaycanın strateji geosiyasi əhəmiyyətini Aİ dana bilməz. Buna diqqət və dəstək göstərmək lazımdır".