“Putinin Azərbaycanın ünvanına isti sözlərinə rəğmən…” Siyasət
Elxan Şahinoğlu:"Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv yanaşma ortaya qoyacağını gözləmək əbəsdir"
"Putin TANAP-dan və Naxçıvan əməliyyatından narahat deyil". Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu səsləndiribb. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə Azərbaycan prezidentinin avqustun 30-da Rusiyaya rəsmi səfərinə hazırlaşdıqlarını vurğulayıb: "Belə anlaşılır ki, Azərbaycan prezidentinin Rusiyaya səfər tarixi bugünkü görüşdən əvvəl razılaşdırılıb. Görəsən görüş tarixi niyə 30 avqust seçilib? Bunun səbəbi həm də o ola bilər ki, Rusiyada futbol çempionatı 1 ay çəkəcək və bu müddətdə Putin ciddi mövzularla bağlı geniş müzakirələr aparmaq istəmir. O da bir az dincəlmək və çempionatdan həzz almaq istəyir".
Politoloq bildirib ki, Putin iqtisadi əlaqələrimizin yüksək templə inkişaf etdiyini xüsusi qeyd edib: "Maraqlısı budur ki, Putin bu sözləri Azərbaycan qazını Avropaya çatdıracaq TANAP layihəsinin Türkiyədə açılış mərasimi olandan 1 gün sonra deyib. Başqa sözlə, Putin Rusiyadan yan keçən və alternativ qaz mənbəyini Avropaya çatdıracaq layihəyə etiraz etmir. Putin nitqində siyasi məsələlərdə vəziyyətin sabit olduğunu da deyib. Bu o deməkdir ki, onun Azərbaycandan narahatlığı yoxdur. Eyni sözləri Ermənistana şamil etmək çətindir. Putin Ermənistanın hansı yolla gedəcəyinə qəti əmin deyil". Politoloq vurğulayıb ki, Putinin Azərbaycanın ünvanına isti sözlərinə rəğmən, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv yanaşma ortaya qoyacağını gözləmək əbəsdir: "İndiki halda bu mümkün də deyil. Yetər ki, işimizə qarışmasınlar. Neçə ki, Azərbaycan ordusunun Naxçıvanda əraziləri işğaldan təmizləməsini görməzlikdən gəldilər. Bizə də elə bu lazımdır".
Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Ermənistana cavabı əsasən hərbi müstəvidə sərt olmalıdır: "Prinsipcə, görünən odur ki, biz diplomatik yolla heç bir nəticə əldə edə bilmirik. Əsas rolu ordu oynamalıdır. Ermənistanda elə bir siyasətçi yoxdur ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmağı həyata keçirmək istəsin və ya bunu bacarsın.
Ona görə də biz həm hərbi təzyiqi artırmalıyıq, həm də diplomatik mesajlarımızı sərtləşdirməliyik. Ancaq 2016-cı ilin aprel döyüşlərindən sonra bizim üçün geriyə yol yoxdur. Ordu öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir və son hadisələr də göstərir ki, bu istiqamətdə müəyyən irəliləyişlər var". E. Şahinoğlu onu da əlavə edib ki, ümumiyyətlə, bu münaqişənin sülh və danışıqlar yolu ilə həlli yoxdur. Qarşı tərəf bizim gücümüzü görməlidir ki, masadakı təklifləri də qəbul etsin".
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlahm Əliyev arasında görüş keçirilib.