“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış” Siyasət
Akif Aşırlının kitabının təqdimat mərasimi keçirilib
Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının "Cümhuriyyət Dövründə Səfərbərlik və Hərbi Çağırış (1918-1920)" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sifarişi ilə qələmə alınıb. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb
Daha sonra Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli "Cümhuriyyət Dövründə Səfərbərlik və Hərbi Çağırış" adlı kitabının təqdimatında iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili Musa Qasımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova media nümayəndələrinə, hərbiçilərə öz minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin 2017-ci ilin may ayında imzaladığı sərəncamla Xalq Cümhuriyyətinin 100 illiyi geniş şəkildə qeyd edilir:
Müəllif Akif Aşırlı da öz növbəsində kitab təqdimatında iştirak edən hər kəsə ayrı- ayrılıqda təşəkkür edib.
2018-ci ilin xalqımızın tarixində çox mühüm hadisələrlə zəngin bir il olduğunu xatırladan A. Aşırlıya görə bu zənginliyə səbəb olan əsas amil cənab prezidentin 2017-ci ilin may ayının 16-da AXC-nin yaradılmasının 100 illiyi münasibətilə imzaladığı sərəncam olub:
"Bu sərəncamın davamı olaraq 2018-ci ilin yanvar ayında 2018-ci ilin "Azərbaycanda Xalq Cümhuriyyəti ili" elan edib. Bu cür əlamətdar hadisələr ölkə miqyasında və hüqdudlarımızdan kənarda elmi konfranslar, silsilə tədbirlər şəkilində davam etdirildi. Hesab edirəm ki, ilin sonuna qədər bu tədbirlər davam etdiriləcək.
Ordu quruculuğu ulə bağlı bu günə qədər yazılan kitablarda səfərbərlik sistemi ciddi şəkildə araşdırılmamışdı. Yalnız ayrı- ayrı kitablarda, ensiklopediyalarda bu barədə 15-20 cümlədən ibarət fikirlər vardı. Düşündüm ki, ordu quruculuğumuzun ən mühüm elementi olan Səfərbərlik və Hərbi xidmətə çağırış Xidmətinin tarixini və fəaliyyətini tədqiq etmək kifayət qədər qürurverici bir haldır. Odur ki, Emin Həsənli Arzu Rəhimovun təklifini mənə bildirəndə sevə- sevə bu işdə onlarla birgə əməkdaşlıq edəcəyimi bildirdim. Kitabın ərsəyə gəlməsində mənə etdikləri köməyə və dəstəyə görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidmətinin rəhbərinə, onların heyətinə, "Şərq" qəzetinin kollektivinə öz təşəkkürümü bildirirəm. Emin Həsənlinin isə məxsusi xidməti olub".
Hərb sahəsinin spesifik bir sahə olduğunu vurğulayan A. Aşırlı kitab çox saylı faktların olduğunu deyib:
"Sənədlər bir neçə yerdən toplanıb. Mərkəzi Dövlət Tarix arxivinin sənədlərindən, Müdafiə nazirliyinə aid fondlarda saxlanılan sənədlər və AXC dönəmində daxili işlər nazirliyinin fəaliyyəti ilə bağlı fondlarda olan sənədlərlə yanaşı 1918-20-ci ildə çıxan AXC dövrü mətbuatının səhifələrində öz əksini tapan Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidməti sistemi ilə bağlı faktlar da yer alıb".
AXC-nin tarixi haqqında danışan Akif Aşırlı qeyd edib ki Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz canişinliyinin binasında elan olunub və daha sonra Gəncəyə köçürülüb:
"Ondan sonra ordu quruculuğu prosesinə başlanılıb və səfərbərlik istiqamətində real addımlar atılıb. Kitabın üz qabığından da göründüyü kimi hökumətin baş naziri Fətəli Xan Xoyskinin İsmayıl bəy Ziyadxanlı ilə bağlı verdiyi əmr əsasında ölkədə səfərbərlik elan olunub. Xoyskinin qərarı ilə Azərbaycanda "Əxsi əsgər" təşkilatı yaradılıb. 55 saylı qərarda qeyd olunub: "1918-ci ilin iyul ayının 11-də Gəncə Əxsi əsgər təşkilatının əsasında Azərbaycan əsxi əsgər təşkilatı yaradılsın". Dekabr 7-də Azərbaycan parlamenti fəaliyyətə başlayandan sonra hərbi nazir, general Səməd bəy Mehmandarov Azərbaycan ordusunu milliləşdirərək hərbi qüvvələri formalaşdırmağa müvəffəq oldu. O çıxışlarının birində Səfərbərlik xidməti ilə bağlı problemlərə toxunaraq Əxs Əsgər təşkilatının sayının 11 olmasını bəyan edib.
Kitabda faktlarla qeyd etmişəm ki, ordu və ziyalı birliyi qurulub və hərbiyə çağırışda ziyalıların gücündən istifadə olunub. Yəni səfərbərlik zamanı əsgərə çağırılan gənclərin sosial durumu, ailə vəziyyəti ilə yanaşı ziyalıların rəyi də nəzərə alınıb.
AXC-nin varisi olan müstəqil Azərbaycanda dövlətində də məhz bu humanizm və prinsipiallıq həyata keçirilir".
Əsərin elmi rəyçisi, millət vəkili, professor Musa Qasımlı tədbir iştirakçılarını 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək bildirib ki, qoy ordumuz hər zaman müzəffər olsun, Azərbaycanın bayrağı daim yüksəklərdə dalğalansın, dövlətimiz güclü olsun!
Kitabın ərsəyə gəlməsində arxiv işinin çətinliyindən söz açan Musa Qasımlı bu işdə əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
Tarixə nəzər salan əsərin elmi rəyçisi söyləyib ki, Azərbaycanın şimalı Çar Rusiyası tərəfindən işğal olunanda azərbaycanlılar türk –müsəlman olduğu üçün hərbi xidmətə çağırılmırdı: "Bununla bizə iki qat ziyan vurulurdu. Birincisi gənclərimiz silahdan istifadə etməyi yadırğayır, digər tərəfdən də hərbidə iştirak etmədiyimizə görə vergi ödəməli olurduq. Çar dövründə yalnız azərbaycanlılar könüllü olaraq iştirak edirdilər. İlk səfərbərlik isə Cümhuriyyət dövrünə aiddir. Öz ordumuz yarandıqdan sonra Azərbaycan hökuməti Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakını azad elədilər.
Sovet dövründə biz hərbi xidmətə çağırılırdıq, amma yenə də azərbaycanlılar kənar sahələrdə ya bərbərxanada, ya yeməkxanada xidmət keçirdi. Bu stereotipləri yalnız Ulu Öndər Heydər Əliyev sındıra bildi. Mən ordumuzla fəxr edirəm. Prezident İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində Azərbaycan ordusu ən döyüşkən orduya çevrilib".
Millət vəkili hesab edir ki, digər dövlət qurumları da Səfərbərlik və hərbi xidmətə çağırış Xidmətinin bu addımından örnək götürüb öz tarixlərini yazsınlar.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev təqdimatı keçirilən kitabın nümunəvi elmi əsər kimi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olacağını deyib: "Bu əsər nəşr dövrümüz, elmimiz üçün lazımlıdır. Azərbaycanın Ordu tarixinin araşdırılması təqdirəlayiq bir haldır. Hesab edirəm ki, bu kitabı Azərbaycan Xalq Cümhuriyyəti irsinin öyrənilməsi baxımından da kifayət qədər faydalıdır. Belə kitablar nə qədər çox olarsa cəmiyyətimiz bundan daha çox yararlanacaq. Nəşrin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm".
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan danışan PA rəsmisi söyləyib ki, son dövrlərdə Azərbaycan mühüm beynəlxalq və yerli tədbirlər baxımından böyük təcrübə qazanıb. Bu, Azərbaycanda ictimai-siyasi proseslərin qanunauyğun tənzimlənməsi, Azərbaycanın nüfuzunun yüksəlməsi, mədəni həyatımızda baş verən hadisələrlə ilə əlaqədardır. 2018-ci il Azərbaycan üçün əlamətdar hesab oluna bilər. Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, eləcə də bu ilin "Cümhuriyyət ili" elan olunması ilə bağlı Sərəncamları həmin dövrün tarixinin daha dərindən öyrənilməsi, keçmişimizə sahib çıxmaq baxımından əlamətdardır. Bu il AXC-nin 100 illiyi ilə əlaqədar çox əlamətdar tədbirlər həyata keçirilir. İctimaiyyət nümayəndələri də bu işə öz töhfələrini verməyə çalışırlar ".
Vüqar Əliyev qeyd edib ki, AXC dövründə ordu quruculuğu sahəsində mühüm işlər görülüb: "O dövrdə sərhədlərimizin müəyyənləşməsi, dilimizin, bayrağımızın elan olunması, ordu quruculuğu, hərbi xidmət və səfərbərlik sahəsində atılan mühüm addımlar ölkəmizin sonrakı inkişafında böyük rola malik olub".
1991-ci ildə Azərbaycanda Müdafiə Nazirliyinin yaradıldığını deyən PA rəsmisi söyləyib ki, lakin o dövrdə Azərbaycanda baş verənlər ölkəmizi çətin vəziyyətə qoymuşdu: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Ümummilli Liderin bu sahədə milli kadrların hazırlanması ilə bağlı böyük xidmətləri olub. Ordu quruculuğuna böyük diqqətin yetirilməsi, 26 iyun tarixinin "Silahlı Qüvvələr Günü" kimi qeyd olunması və digərləri milli ordu quruculuğu sahəsində böyük işlər kimi dəyərləndirilir. Müasir ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin verdiyi töhfələr isə misilsizdir. Azərbaycanda nizami ordu formalaşdırmaq, ordumuzun regionda önə çıxarılması sahəsində görülən işlər xalq qarşısında ən böyük xidmətlər kimi dəyərləndirilir. Azərbaycan ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib ".
Sonda çıxış edən kitabın ideya müəllifi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bugünkü tədbirin özünün bir tarix olduğunu deyib: " Bilirsiniz ki, Səfərbərlik və hərbi xidmətə çağırış Xidməti sahəsində həyata keçirilən tədbirlər, görülən işlər geniş şəkildə işıqlandırılmır. Bu da dövlət təhlükəsizliyi ilə bağlıdır. Ordu ilə əlaqədar müəyyən məsələlər məxfi saxlanılır.
2017-ci ildə biz bu barədə müzakirələr zamanı düşündük ki, araşdırma apararaq, bu sahədə görülən işləri kitab halına salmaq lazımdır. Özüm bu materiallarla tanış olduqca doğrudan da nə qədər maraqlı olduğunu gördüm. Kitabın hazırlanmasındakı xidmətlərinə görə ilk növbədə Akif Aşırlıya minnətdarlığımı bildirirəm. Arxiv işi doğrudan da çətindir. Əsərin reallaşması üçün bir sıra məsələlərin araşdırılması çox çətin olsa, bunun öhdəsindən məharətlə gəlinib: "İlin əvvəlindən Xidmət tərəfindən AXC-nin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib. Bugünkü tədbiri və ümumiyyətlə, kitabın ərsəyə gəlməsini həmin tədbirlərin məntiqi sonluğu olduğunu düşünürəm. Bizim əsas məqsədimiz gənclərimizdə vətənpərvərlik ruhunu daha da artırmaqdır. Biz bu işdə öz rolumuzu göstərməyə çalışırıq".
Sonda kitabın müəllifi Akif Aşırlıya və "525"-ci qəzetin baş redaktorunun müavini Seyfəddin Hüseynliyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Fəxri Diplom" təqdim olunub.