Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının sədri Karen Vardanyan keçmiş Baş Qərargah rəisi Movses Akopyanı kəskin tənqid edib.
Ermənistan KİV-i xəbər verir ki, açıqlamasında o, hazırda düşmən ordusunda Baş Hərbi İnspektor postunu tutan Akopyanın zibil verdəsinə atılmalı olduğunu deyib.
"Aprel döyüşləri zamanı bizim çoxsaylı itkilər verməyimizin bir səbəbi də müasir rabitə vasitələrimizin olmaması idi. Həmin vaxt Ermənistan prezidenti "Dağlıq Qarabağ Respublikasının Baş Qərargah" rəisinə adi mobil telefonla zəng etmək istəyən zaman Azərbaycanın İsraildən aldığı pilotsuz təyyarə həmin siqanlı tutaraq Qərargah rəsini vurmağa çalışmışdı. Yalnız təsadüf nəticəsində Movses Akopyan sağ qalmışdı. Bu insanın yeri zibil qabındadır. Çünki Aprel döyüşlərindən sonra 2 il ərzində o həmin problemlərin heç birini həll etmədi".
Vardanyan Azərbaycanın hərbi sənayedə böyük üstünlüyə malik olduğunu deyib.
"Azərbaycanın hərbi sənaye sferasında çox ciddi üstünklüyü var. Biz isə çökmüş hərbi gücümüzlə Bakını müharibəyə təhrik edirik".