“Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya gəlişi...” Siyasət
Məhəmməd Əsədullazadə:"Bir növ Yerevana Kremlin mesajıdır"
Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans başa çatıb.
Qeyd edək ki, konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən getməsi, Qarabağ konfilikti ətrafında situasiyanın heç də yaxşılaşması olmadı, daha da sərt xətt millətçilərin hakimiyyəti isə, müharibə ehtimalını gündəmə daşıdı: "Nikol Paşinyanın hakmiyyətinin sərt ritorikasına qarşı ilk gündən Naxçıvan istiqamətində ordumuzun tutarlı mesajı görünür, yeni hakmiyyəti Sarkisyan rejimi kimi Qarabağ kartından istifadə etməyə sövq edib. Qeyd edim ki, Paşinyanın hazırkı siyasi kursu regionda ümumi təhlükəsizliyi təhdid edir. Onun baş nazir Nikolun erməni ordusuna müdafiə və döyüşə hazır olmağı əmr etməsi, əsasən daxili siyasi gərginliyi cəbhə bölgəsinə çəkməklə, özünün vəd etdiyi islahatlardan yayınmaqdır. Hazırda Paşinyana cəbhədə gərgin vəziyyətin davam etməsi onun rəqibləri üzərində əzici üstünlüyə, həmçinin xalqa göstərmək istəyir ki, mümkün hərbi toqquşmada, Rusiya bizi dəstəkləmədi və bundan sonra anti-Rusiya kampaniyasına strat versin.
Göründüyü kimi Ermənistanda cərəyan edən siyasi hadisələr rəsmi Bakı tərəfindən diqqətlə izlənməli, və situasiyaya uyğun hərəkət edərək mümkün hərbi təzyiqləri artırmalıdır. Baş verənləri ölkəmizin maraqlarına uyğun gerçəkləşməsi, son dərəcə realdır.
Rusiya, artıq Paşinyana təzyiq rıçaqları üzərində işləyir. Düzdür, bunu Azərbaycanın əli ilə etmək istəmir. Çünki, Ermənistanda anti-Rusiya eyforyası yüksələ bilər. Amma, ümumi siyasi gedişlər edəcək.
Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlərin Cocuq Mərcanlıya gəlişi, bir növ Yerevana Kremlin mesajıdır. Burada verilən mesajlar:"Rusiyanın yeganə müttəfiqi Azərbaycandır"-kimi populist açıqlamalar, təbii kimi Yerevana Moskvanın xərbərdarlıq siqnalıdır. Bu mesaj heçdə Moskanın Azərbayacana müttəfiq yanaşması deyil.
Bundan əlavə Azərbayacan ordusunun 20 minlik şəxsi heyətinin iştirakı ilə geniş miqyaslı hərbi təlimi məhz hücum və ərazilərin işğaldan azad edilməsi şərti ilə keçirilir. Bu iri miqyaslı təlimlər müharibəyə hazırlıqdı. Çünki, böyük maliyyə məbləği tələb edən bu kimi təlimlər real döyüşlər üçün planlaşdırılır".
Politoloq Elxan Şahinoğlu bir qrup rusiyalı ekspertin Rusiyanın Azərbaycanın yanında olduğunu iddia etdiyini qeyd edib, onların Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verdiklərini xatırladıb: "Sağ olsunlar, heç olmasa, Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib – "Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur". Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək tezdir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda, rusiyalı ekspertlərin və deputatların Lələ Təpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikalıları və avropalıları da həmin yerlərə gətirmək lazımdır".