Azərbaycanın haqlı mövqeyi dünya mediasında Siyasət
2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində erməni təxribatı nəticəsində şəhidlər verildi, Azərbaycanın mülki əhalisi atəşə məruz qaldı. Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni qüvvələri ciddi itkilərə məruz qaldı, bir neçə yüksəklik ələ keçirildi və Ermənistan rejimi bütün dünyaya bir daha təxribatçı, işğalçı olduğunu nümayiş etdirdi.
Məlumdur ki, o zaman dünya mediası Azərbaycana qarşı Ermənistanın bu təxribatı barədə geniş reportajlar, informasiyalar yayımladı.
Xüsusilə, qardaş Türkiyə mətbuatı Azərbaycan həqiqətlərini obyektiv formada dünyaya nümayiş etdirdi. Türkiyənin nüfuzlu "NTV" xəbər kanalı Azərbaycanın işğaldan azad etdiyi Lələ Təpə yüksəkliyindən reportaj hazırladı. Eyni zamanda, "CNN Türk" kanalı da Azərbaycan tərəfinin haqlı mövqeyini dünyaya nümayiş etdirdi. TRT Erməni təxribatları ilə bağlı sistematik xəbər və reportajlar yayımladı. Türkiyənin nüfuzlu "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri və digər elektron KİV-ləri erməni mövqelərinin şantaj xarakterli həmlələrinə geniş diqqət ayırdı.
Həmçinin, "BBC" Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırdı. "The İndependent" Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu qeyd edərək, obyektiv media prinsiplərinə daha sadiq qaldı. Məşhur "Associated Press" agentliyi erməni aqressiyası haqqında yazdı, "Deutsche Welle" ona istinad etdi.
ABŞ mətbuatında nüfuzlu "The Washington Times" və "New York Times" qəzetləri Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim etdi. Həmçinin "The Washington Times" Ermənistanın Metsamor AES-dəki təhlükəli cəhdlərindən bəhs etdi. Çinin "Sinxua" agentlikləri, Almaniyanın "Frankfurter Allgemeine" nəşrləri də hadisələrə xüsusi diqqət ayırdı.
Nüfuzlu "Al Jazeera" kanalı Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumlarından reportaj hazırladı. Qırğızıstanın Kabar agentliyi, Yaponiyanın "FHN news", "TBS news" kimi mətbu qurumları cəbhədən son hadisələrə diqqət ayırdı. İsrailin "Haaretz" qəzeti Azərbaycanla İsrailin müttəfiqliyindən bəhs edən yazılar dərc etdi.
Ümumiyyətlə, saysız xarici mətbuat qurumları və nəşrləri aprel hadisələrinə ayrıca diqqət sərgilədi. Bütün bunlar onu göstərdi ki, Azərbaycanın haqlı mövqeyinə dünya mediası birmənalı formada tənqidi münasibət göstərmir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir. Eyni zamanda, bütün bunlar Azərbaycanın dünya dövlətləri ilə balanslı, sivil və şəffaf formada əməkdaşlığının nəticsidir.
Ermənistan isə bütün bunların fonunda öz ənənəvi xislətini gizlətmir və müntəzəm olaraq Azərbaycanın haqlı mövqeyini işıqlandıran, erməni vandalizmini pisləyən media orqanlarına qarşı təhqir və hücumlara keçir. Dövlət səviyyəsində aparılan bu tendensiya yerlərdə ayrı-ayrı erməni icmaları tərəfindən davam etdirilir.
Erməni yalanlarını doğru kimi, Azərbaycan həqiqətlərini yalan kimi dünyaya sırımaq, yaymaq istəyirlər. Erməni nankorluğunun növbəti belə bariz nümunəsi bu günlərdə Bolqarıstan jurnalistlərinə qarşı edilən hücumda özünü göstərib. Belə ki, Bolqarıstan erməniləri Ermənistanın Azərbaycana təcavüzü barədə veriliş hazırlayan jurnalistə və televiziyaya qarşı hücuma keçiblər. Məlum olub ki, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb. Nəticədə, bu verilişə görə, Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.
Təkcə bu faktın özü erməni dövlətinin, erməni xislətinin iç üzünü açır. Bununla dünya ölkələri Ermənistanın necə saxtakar, rəzil və aqressiv bir dövlət olduğunu bir daha görmüş olur. Əslində, bu cür təxribat xarakterli oyunlarla ermənilər günbəgün özlərini batırırlar. Heç bir şübhə yoxdur ki, istər sülh, istərsə də müharibə yolu ilə Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalından azad ediləndə də dünya dövlətləri, dünya mediası Azərbaycanın yanında olacaq. Bax, o zaman erməni yalanları birmənalı şəkildə ifşa ediləcək. Bununla da adına Ermənistan deyilən bu dövlət dünya tarixinə qara bir ləkə kimi düşəcək…