“Radikal qruplaşmaların hələ də yaşayan uzantıları Gəncədə üzə çıxdı” Siyasət
Aydın Quliyev: "Ortada ardıcıl icrası nəzərdə tutulmuş plan var"
İyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, 2001 və 2015-ci illərdə xalqımıza çox yaxşı məlum olan planlarla Nardaranda baş qaldıraraq sonda məhv edilən radikal qruplaşmaların hələ də yaşayan uzantıları Gəncədə üzə çıxdılar: "Əvvəlcə şəhərin başçısına sui-qəsd təşkil etdilər, bir neçə gündən sonra isə İcra Hakimiyyətinin qarşısına yenidən toplanaraq iki polis zabitinin qətli ilə nəticələnmiş igtişaş törətdilər".
A.Quliyev qeyd edib ki, sinxron qaydada bir ağır cinayətdən digərinə keçid formasında özünü göstərən hadisələr ortada təhlükəli və hazırlanmış ciddi bir planın olduğunu aşkarlayır: "Əgər məqsəd şəxsi qisas zəminində "Elmarla haqq-hesab çürütmək"dən ibarət olsaydı, bu məmuru yaralayandan sonra təkrar İcra Hakimiyyətinin qarşısına toplanmaga ehtiyac qalmazdı. Demək, ortada maddələri bir-birinə bağlı və ardıcıl icrası nəzərdə tutulmuş plan var. Həssas dini şüarlara və sosial problemlərə söykənmiş çağırışlarla daha çox insanı cəlb etməklə iğtişaşı kütləviləşdirmək, əhalini iki polisin ardınca silsilə məmur qətllərinə həvəsləndirmək, hüquq mühafizəçilərini canları ilə qorxudaraq öz vəzifə borclarının icrasından çəkindirmək, beləliklə də şəhərdə idarəolunmaz bir vəziyyət görüntüsü yaratmaqla ssenarini ölkənin başqa regionlarına və ilk növbədə Gəncə ilə qonşu bölgələrə transfer etmək... Planın sonrakı maddələrini ehtimal etmək üçün xüsusi dahiliyə ehtiyac yoxdur: az-çox tanınmış və bəlli dini mərkəzlərdən idarə olunan bəzi din xadimlərini radikal ekstremist dini "maydan"ın lideri qismində bəzəyib ortaya çıxarmaq və bəlli mərkəzlərdən alınan təlimatlar əsasında ölkəni İŞİDsayağı xilafətin zülmətinə sürükləmək. Güman ki, bu ssenari barədə dediklərimiz "Gəncədə doğrudanmı iki-üç nəfər çəlimsiz terrorçunun üzərində belə dərinə hədəflənmiş planlar qurulmuşdu" deyib də təhlükənin miqyasına şübhə edənlər nə qədər səthi düşündüklərinin fərqinə varacaqlar".
Baş redaktor bildirib ki, zahirən sadə görünən daha bir qorxunc təzahürə də diqqət yetirmək lazım gəlir: "İlkin mərhələ üçün öz anasını-bacısını qətlə yetirən, quldurluq və soyğunçuluq üstündə əvvəllər məhkum edilmiş kriminalların "icraçı liderlər" kimi önə verilməsi təsadüf deyil. Böyük bir dağıdıcı prosesə ilkin "fitil" kimi düşünülmüş qətlləri ağlı başında olan kimsə yox, məhz bu cür düşüncəsiz kriminallar daha asan icra edə bilir. Başqa ölkələrin timsalında buna sübut kimi çoxlu faktlar gətirmək olar. Belələri radikal dini "maydan" ssenaristlərinin tələsinə daha asanlıqla düşür. Dövlətçilik düşüncələri yox, vətənpərvərlik hissləri yox, xalq qarşısında məsuliyyət hissi yox, öz anasını və arvadını acımadan qətlə yetirən caninin ailə məsuliyyətindən danışmaq isə tamam yersizdir. Üstəlik, bir az pul və aldadıcı məntiq: "Uğur qazansaq, sən qəhrəman olacaqsan, uğursuz olsaq, həbsdə yatmaq öyrənmiş can üçün qorxulu deyil". Şəhid polislərə öldürücü xəsarətləri yetirəndə o qatillərin düşüncəsi bu idisə, "dini maydan ssenaristləri" daha qlobal mətləblər üzərində baş sındırırdılar. Uzantıları xarici ölkələrə gedib çıxan bu "ssenaristlərin" təxmini çevrəsi, ssenarinin Gəncədəki icraçıları gun kimi aydındır. Hədəfləri də tam aydınlaşdırsaq, dövlətçilik əqidəsi olan hər bir azərbaycanlını dəhşətə gətirə bilən kompozisiyanı görmək mümkündür. Sabitliyi pozmaq, vətəndaş həmrəyliyini sarsıtmaq, dövlət orqanları ilə cəmiyyəti üz-üzə qoymaq, nəticədə isə ölkədə idarəolunmazlıq görüntüsü yaratmaqla Prezidentin istefa tələblərini dövriyyəyə buraxmaq. O Prezidentin ki, bəzi bəlli beynəlxalq qüvvələr onun müstəqil siyasətindən, böyük dövlətlərin bəzi ziyanlı oyunlarına uymamasından, torpaq kompromissizliyindən, Azərbaycanı inkişaf etdirərək öz taleyinin ağasına çevirməsindən heç məmnun deyillər".
O əlavə edib ki, təkcə bu arqumentlər bir-iki çəlimsiz cinayətkarın üzərində qurulmuş Gəncə iğtişaşlarının əsl köklərinin hansı belnəlxalq dairələrə gedib çıxdığını dəqiqləşdirmək üçün kifayətdir: "Nardarandan başlamış Gəncəyədək bütün məlum səhnələrdə dini radikal qüvvələr ara qızışdırmağa cəhd etdikcə cəmiyyətimizin vahid lider kimi seçilmiş Prezidentə daha çox sığınması "ssenaristlərin" öncədən hesablaya bilmədiyi ən dəyişməz siyasi fenomen kimi özünü göstərir. Onlar radikallaşdıqca bu xalq öz Prezidentinə daha da yaxınlaşır. Növbəti ssenarilər də olacaqsa, onların uğursuzluğuna bundan böyük qarant ola bilməz".
Millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Gəncə şəhərində baş verən hadisələr ilk növbədə terror aktıdır. Millət vəkili bildirib ki, bu, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin işidir: "Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan qüvvələr bunu törətmək üçün ölkədə yad təsirlər altına düşmüş insanları cəlb edərək və sosial şəbəkələr vasitəsilə çağırışlar edərək sabitliyi pozmağa, bununla Gəncədə xaos, anarxiya yaratmağa cəhd etdilər. Təbii ki, Azərbaycan dövlətinin kifayət qədər gücü, mərd və daim asayişin keşiyində duran polisi var. Gəncəlilər də 90-cı illərdən xaos və anarxiyanın nə olduğunu yaxşı bilirlər. Ona görə də gəncəlilər heç vaxt orada sabitliyin pozulmasına imkan verməzlər. Bu qüvvələr qəfil meydana atıldılar. Faktlar da göstərir ki, həmin qüvvələr əvvəlcədən buna hazırlıqlı olub, kəsici-deşici alətlərlə silahlanıblar. Polislər əslində həmin şəxsləri asayişi pozmamağa çağırırdılar. Burda elə ciddi qarşıdurma, iğtişaş yox idi. Amma həmin qüvvələr əvvəlcədən hazırlaşaraq vəziyyətin ciddiləşməsini istədilər və iki yüksək rütbəli zabiti şəhid etdilər".
B.Sadıqov qeyd edib ki, Azərbaycanda asayişi qoruyan, insanların təhlükəsizliyinə çalışan polisə qəsd bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə edilən qəsddir:
"Bu hadisəni törədənlər cinayətkardırlar və bunların törətdikləri həm də dövlətə qarşı cinayətdir. Mən həmin cinayətkarları lənətləyirəm. Allah şəhid olan polis zabitlərimizə rəhmət eləsin. Azərbaycanda sabitliyi pozmaq heç kimə nəsib olmayacaq. Çünki sabitliyin mənbəyi xalqla iqtidar arasındakı möhkəm və sarsılmaz birlikdir. Bu yaxında keçirilmiş prezident seçkilərində bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin cəhdləri heç vaxt baş tutmayacaq və Azərbaycan həmişə öz müstəqil siyasətini yürütməkdə davam edəcək".
Analitik Vüqar Zifəroğlu vurğulayıb ki, ölkədə yaşanan son hadisələr pislənməlidir, bu cür hallar qəbul oluna bilməz: "Yaxın Şərqdə baş verənləri görürük. Bunu ölkəmizdə də reallaşdırmaq istəyirlər. Təbii ki, buna imkan verməməliyik". V.Zifəroğlu qeyd edib ki, belə halların qarşısının alınması üçün hər kəs, istər ziyalılar, istərsə də sıravi vətəndaşlar ortaya mövqe qoymalıdır: "Allah şəhid polislərimizə rəhmət eləsin. Azərbaycanı qarışdırmaq istəyənlərə isə dahi Üzeyir Hacıbəylinin unudulmaz kəlamı ilə cavab vermək istəyərdim – "Bu vətən də bizimdir! Bu millət də bizimdir! Bu dövlət də bizimdir!"
Əli