“Qırğızstan Azərbaycanla əməkdaşlığın böyük perspektivlərinə inanır“ Siyasət
"Qırğız Respublikasının keçmiş rəhbərliyinin səhvi ucbatından 2017-ci ilin mart ayında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər Nazirləri Şurasında və ECO-nun XIII sammitində İslamabad Bəyannaməsinin qəbulu zamanı baş vermiş anlaşılmazlıq Qırğız-Azərbaycan münasibətlərinə kölgə salmışdı".
Bunu "Report"a qırğız politoloq Kayrat Osmonaliyev deyib.
Onun sözlərinə görə, anlaşılmazlıq nəticəsində ölkənin keçmiş rəhbərliyi Bakıdakı səfiri Aycigit Buranovu vaxtından əvvəl geri çağırmış, Azərbaycan isə öz növbəsində, Qırğızıstan səfirliyinə ödənişsiz əsasda istehsal məkanı təminatından imtina etmişdi: "Eyni zamanda dövlətlərarası və qurumlararası sazişlər və razılaşmalar üzrə bəzi layihələrin razılaşdırılması və imzalanması işi qeyri-müəyyən müddətə dayandırılmışdı. Bu müddətdə ölkələr arasındakı bütün ticari-iqtisadi və investisiya layihələri faktiki olaraq dondurulmuşdu".
Politoloq qeyd edib ki, Qırğız Respublikası ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin normallaşdırılması və gücləndirilməsi məqsədi ilə Prezident Sooronbay Jeenbekov Azərbaycanla münasibətlərdə yeni səhifə açıb və qardaş iki ölkə arasında keçmiş rəhbərliyin siyasəti ucbatından yaranmış anlaşılmazlığı yoluna qoyub: "2017-ci il dekabrın 27-də ölkəmiz rəsmən qərarını dəyişərək ECO sammitinin Yekun Bəyannaməsinin siyasi maddələrinə qoşulub. Bu, o deməkdir ki, Qırğız Respublikası həmin bəyannamənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı 20 nömrəli bəndini dəstəkləyir".
Kayrat Osmonaliyev vurğulayıb ki, S.Jeenbekov Cənubi Qafqazın aparıcı ölkəsi olan, qırğız xalqı ilə ortaq tarixi, dili, adət-ənənələri və mədəniyyəti bölüşən Azərbaycanla əməkdaşlığın inkişafının böyük perspektivlərinə inanır.
"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına edəcəyi səfərin, iki ölkə liderinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bişkekdə keçiriləcək VI sammitində iştirakının, sentyabrda Çolpon-Ata şəhərində III Dünya Köçəri Oyunlarında Azərbaycan nümayəndələrinin fəal iştirakının, Bişkekdə və Bakıda məşhur yazıçı Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, qardaş ölkələr arasında son illərdə itirilmiş etimad münasibətlərinin potensialını bərpa edə biləcəyinə inanmaq istəyirəm. Bu addımlar Qırğız Respublikasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin tam həcmdə bərpa edilməsinə yardım göstərəcək", - politoloq fikrini tamamlayıb.