“Ən vacib məsələ Rusiyanın Azərbaycanın inamını qazanmasıdır” Siyasət
Mübariz Əhmədoğlu: "Bu mürəkkəb prosesdir"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya mövqeyini dəqiqləşdirsə hamı üçün faydalı olacaqdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, V.Putin növbəti dəfə prezident seçildikdən sonra Rusiya Federasiyasının (RF) Cənubi Qafqaz regionuna münasibətində ciddi dəyişiklik baş verib:
I.Gürcüstan istiqamətində neqativlərə diqqət verməmək, optimist bəyanatlarla ümid yaratmaq Kremlin Gürcüstan istiqamətində yeni konsepsiyasıdır.
II. Ermənistan əvvəlki qaydada qəbul edilmir. Rusiyada başa düşürlər ki, ermənilər Qərblə birlikdə antiRusiya resurs rolundadır. Ermənistanda və Moskvadakı ermənilər fürsət düşdükcə antiRusiyaçılığı gücləndirirlər. Bu ermənilər üçün çətin məsələ deyil. Səfir A.Qriboyedovun öldürülməsində, 1977-ci ildə Moskva metrosunun partladılmasında, Sovet pulunun saxtalaşdırılmasında iştiraklarına görə cəza əvəzinə mükafat alan ermənilər üçün bu rol daha uyğun görünür. Eləcə də ermənilər SSRİ-nin dağılmasında iştiraklarına, ilk respublika olaraq rusları və sovet ordusunu öz ərazilərindən çıxardıqlarına görə də Moskva tərəfindən yalnız mükafatlandırıldılar. Moskvanın "vurğunlarından" olan Serj Sərkisyan:
- Ermənilərin SSRİ-nin dağılmasında iştirakını rəsmən etiraf etdi,
- SSRİ dövrünü ermənilər üçün cəhənnəm adlandırdı,
- "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını müzakirə obyektinə çevirdi.
- "Çərkəz soyqırımının" tanınmasına hazırlıq prosesini başladı.
V.Putin bütün bunlara dözmək niyyətində deyil. Eləcə də N.Paşinyanın "məxməri inqilabı" Kremli Ermənistan istiqamətindəki siyasətinin korreksiyasını daha da tələsdirdi.
III. V.Putinin yeni prezidentliyinin başlanğıcında ən kardinal dəyişiklik Azərbaycan istiqamətində baş verir:
- Rusiyalı deputatlar və Kremlin politoloqları işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfrans keçirərək, Azərbaycanı Cənubi Qafqazda RF-in yeganə müttəfiqi adlandırdılar. Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycana qaytarmağa çağırdılar. Rusiyanın hakimiyyətpərəst siyasətçilərinin anlamına görə Yaxın Şərqdə gedən proseslər Rusiyanın İran və Türkiyə ilə orijinal siyasətini tələb edir. Belə siyasəti qurmaq üçün Rusiya hökmən Azərbaycanla birlikdə olmalıdır.
- V.Putin Türkiyədə TANAP-ın açılış mərasiminə münasibət bildirdi və TAP-ı müsbət dəyərləndirdi. Ehtimal ki, V.Putin Rusiya qazının Avropaya nəqlindəki problemləri yumşaltmaq üçün RF qazının bir qismini TAP vasitəsilə Avropaya nəql edə bilər. Qərbin reaksiyasının necəliyindən asılı olmayaraq bu Azərbaycan üçün müsbətdir.
- İranın ali rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Ə.Vilayətini qəbul edərkən V.Putin bildirdi ki, Azərbaycan ərazisi vasitəsilə RF İrana elektrik enerjisi verə bilər.
V.Putin Tehranda üçtərəfli görüşdə olarkən İranın şimal regionlarını RF ərazisi vasitəsilə qazla təmin etmək ideyasını ortalığa qoydu.
Bütün bunlar V.Putinin Azərbaycana yeni münasibətinin əlamətləridir.
Rusiya və Azərbaycan daxili, regional və beynəlxalq məsələlərdə bir-birini qarşılıqlı tamamlayan siyasət aparmalıdırlar. Qarşılıqlı siyasətdə ən vacib məsələ Rusiyanın Azərbaycanın inamını qazanmasıdır. Bu mürəkkəb prosesdir. Amma konkret addımlarla həlli mümkün məsələdir:
- Naxçıvanın materik Azərbaycandan ayrılması Stalinin əməlidir. Çünki Azərbaycan ərazi və əhali baxımından Qafqazın ən böyük dövləti idi və indi də belədir. Naxçıvanı materik Azərbaycandan ayırmaqda sovet Rusiyasının, o cümlədən Stalinin çox məqsədləri ola bilərdi. Türkiyə ilə Azərbaycanın əlaqəsini kəsmək də bu kontekstdə daxil ola bilər. Amma Stalinin ən əsas məqsədi böyük və güclü Azərbaycanı zəif hala salmaq idi. Ona görə də 1923-cü ildə İ.V.Stalin Zəngəzuru ermənilərə bağışladı.
Yaxın yüz illikdə RF-lə Azərbaycan arasında inam yaratma prosesini kifayət qədər yüksək aktivlikdə saxlamaq üçün Zəngəzurun Azərbaycana qaytarılması çox vacibdir. V.Putin bununla SSRİ dövründəki haqsızlıqlardan birini aradan qaldırmış olar. Həm də V.Putin 2013-cü ilin yayında tarixi problemlərin aradan qaldırılması istiqamətində verdiyi vədə əməl etməyə başlamış olar.
Zəngəzur mövzusu ağır məsələdir. Amma Azərbaycan Respublikasına doğru səmimiyyəti nümayiş etdirmək üçün Rusiya daha az vaxt tələb edən addım ata bilər.
- Dağlıq Qarabağdakı separatçı rejim RF qazı ilə təmin olunur. Hal-hazırda RF-Ermənistan münasibətləri RF qazının Ermənistana nəqlinin dayandırılması səviyyəsinədək gərgin deyil. Ona görə RF qazının Dağlıq Qarabağa nəqlinin dayanacağını düşünmürük. Amma RF hüquqi boşluğu aradan qaldırmaq, beynəlxalq hüquqa hörmətlə, Azərbaycana səmimiyyətlə yanaşmaq baxımından ciddi addım ata bilər; Dağlıq Qarabağa qaz nəqlini Azərbaycan Respublikası ilə svop əməliyyatı kimi sənədləşdirə bilər. Dağlıq Qarabağ erməniləri başa düşəcəklər ki, Rusiyadan gəlsə də, onlar Azərbaycan qazını istehlak edirlər.
RF-in yeni siyasətinin keyfiyyətinin müəyyən olunan vaxtıdır".