Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin "Dəniz kuboku-2018" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar.