"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Belarusa və Türkmənistana səfəri Azərbaycanın xarici siyasət kursunun növbəti uğuru kimi qiymətləndirmək olar". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, bu ölkələr regionun aparıcı və nüfuzlu ölkələridir: "Onların həm siyasi çəkisi, həm də iqtisadi potensialı hər bir ölkə üçün maraqlıdır. Azərbaycan hər iki ölkə ilə müstəqillik qazandığı dövrdən mehriban qonşuluq və dostluq siyasəti yürüdür. Hər iki ölkə ilə bugünkü isti münasibətlər 1993-cü ildən bu yana Ümummilli Lider Heydər Əliyevin, hazırda isə cənab Prezidentin apardığı siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Hər iki ölkəyə hər dəfə Azərbaycan rəhbərinin səfəri münasibətləri daha yüksək səviyyəyə qaldırır, eləcə də əməkdaşlıq yeni sahələri əhatə edir. Beynəlxalq aləmdə birgə fəaliyyətin yeni kontorları mövcud olur. Bu əməkdaşlıq həm Azərbaycanın, həm Belarusun, həm də Türkmənistanın maraqlarına cavab verir. Əldə edilən nəticələr həm siyasi bəyanatlar, həm də iqtisadi sənədlərin imzalanması ilə nəticələnir. Bu isə hər iki ölkə üçün büdcəyə gələn böyük həcmdə vəsait, yeni iş yerləri, iqtisadi potensialın güclənməsi deməkdir. Eyni zamanda bu səfərlər Azərbaycan həqiqətlərinin dünyanın iki aparıcı ölkələrinə çatdırılmasına, onların qismində Azərbaycanın ağrılı problemlərinin həllinə siyasi dəstəyin növbəti dəfə qazanmasına gətirib çıxarır. Bu gün demək olar ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri dünyanın bir çox dövlətləri üçün nümunə ola bilər. Cənab Prezidentimizin apardığı xarici siyasət kursu Azərbaycanın və dünyanın ümumi maraqlarına cavab verir və bundan sonra da cavab verəcək".