“Hər bir işğal əməli pisdir” Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cinayətkarlıq Problemləri və Terrorizmlə Mübarizə Alt komitəsinin sədri, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Milli Münasibətlər Komitəsinin sədr müavini Georgi Loqvinskinin "Report"a müsahibəsini oxucularımıza təqdim edirik.
- Azərbaycan ilə Ukrayna arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Məncə münasibətlərimiz səmimidir. Azərbaycanın da, Ukraynanın da təcrübəsindən iki ölkənin inkişafına ciddi təkan verəcək ciddi misallar gətirmək olar. Əlbəttə, aramızda iqtisadi əməkdaşlıq üşün, mədəni mübadilə üçün hədsiz imkanlar mövcuddur. Fikrimcə, Ukrayna ilə Azərbaycan həmişə nəinki dost, hətta qohumluq münasibətləri də olub. Əsas məsələ belə bir təməl üzərində necə inkişaf etdiyimiz, yeni dövlət, yeni ölkə, yeni dünyanı necə qurduqumuzdur. Yəni bunu yeni texnologiyalar, insanlar üçün yeni imkanlar baxımdan deyirəm. XXI əsrdə dünya çox dəyişib, yeni şəkildə qarşımıza çıxır.
- Bəs AŞPA çərçivəsində Ukrayna ilə Azərbaycanın əməkdaşlığı necə cərəyan edir?
- Şübhəsiz ki, Azərbaycanın heyəti ilə gözəl münasibətlərimiz var, həm də sıx təmasdayıq. Hərçənd Azərbaycan nümayəndələrindən bəziləri vəzifəyə gedib. Məsələn, Vüsal Hüseynov hazırda Azərbaycan Miqrasiya Xidmətinin, Rövşən Rzayev də Dövlət Qaçqınlarla və Məcburi Köçkünlərlə İş Komitəsinin rəhbəridir. Qalan millət vəkilləri ilə, o cümlədən nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla ünsiyyət saxlayır, ümumi dil tapmağa çalışırıq. Bizim üçün, məsələn, Krım məsələsi kimi müzakirə olunmayan konseptual məsələlər var. Bu prinsipə hörmət etdiklərinə görə Azərbaycan nümayəndələrinə minnətdaram.
- Ukrayna nümayəndə heyətinin, həmçinin ukraynalı millət vəkili və AŞPA-da vəzifə sahibi kimi sizin də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına münasibətiniz necədir?
- Münasibətimiz sırf beynəlxalq hüquq çərçivəsindədir. Bununla yanaşı, şəxsi fikrim də var: hər bir işğal əməli pisdir. Mənə elə gəlir ki, hər şeyi mütləq öz adı ilə çağırmalıyıq.
- Ukrayna və Azərbaycan həll olunmamış münaqişələrlə üz-üzədir. Siz bu münaqişələrin həlli məsələsini AŞPA-da, o cümlədən Monitorinq Komitəsinin Münaqişələr Alt Komitəsində qaldırmağı nəzərdə tutursunuzmu?
- Mən bu komitənin üzvü deyiləm. Digər tərəfdənəm, həmin komitənin hazırda sədri seçilir. Sözsüz ki, məsələ həll olunmalıdır. Bununla bağlı, o cümlədən Azərbaycana dair həll yollarını nəzərdə tutan bəzi qətnamələr qəbul olunub. İndi bu məcrada daha çox işləmək lazımdır. Təəssüf ki, bu gün beynəlxalq miqyasda təcavüzkar ölkəyə sərt hüquqi təzyiq mexanizmi yoxdur. Belə mexanizmlər artırılmalı və gücləndirilməlidir.
- Ukrayna ilə Azərbaycanın beynəlxalq aləmdə AŞPA-dan kənar, o cümlədən münaqişələrin həlli müstəvisindəki əməkdaşlıq barədə fikirlərinizi bilmək maraqlıdır.
- Əməkdaşlıq münasibətlərinin daşıyıcısı insanlardır. Azərbaycandakı ukraynalılar, Ukraynadakı azərbaycanlılar, hər iki xalqımızın benyəlxalq miqyasda çalışan nümayəndələri, təşkilatlarıdır. İndiyədək haradasa aramızda pis münasibətlər haqqında eşitməmişəm. Məsələn, Ukrayna Azərbaycanlıları Konqresi xeyli nüfuzlu diaspor təşkilatıdır, rəhbəri də dostumuz Rövşəndir (Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev – red.). Onlar fəaldırlar, işləyir, layihələr yaradırlar, imkanlarını da hiss edirik. Azərbaycanda çalışan ukraynalıların da dostluq münasibətləri qurduqlarını bilirəm. Bütün bunlar beynəlxalq müstəvidə millətlərarası münasibətlərin təzhürüdür. Həmin insanlar vətənpərvər kimi öz ölkələrinin maraqlarını müdafiə edirlər.
- Ukraynadakı azərbaycanlı diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?
- Başqalarına nisbətən xeyli fəal olduqlarını söyləyə bilərəm. İnsanların bəziləri fəaldır, bəziləri yox. Azərbaycan elə də böyük ölkə deyil, səhv etmirəmsə, xarici diasporları öz ölkə əhalisindən çoxdur. Belə baxanda diaspor ölkənin bir nöx xaricdəki davamıdır, sanballı ölkələr də bundan yararlanmağı bacarır. Əlbəttə, çox şey insanların özündən asılıdır. Ukraynadakı azərbaycanlı diaspor da bəlkə sayca çox deyil, amma fəaldır, mən onlara ən yüksək qiymət verirəm. Elə bütün dünyada da xeyli fəaldırlar.
- Dağlıq Qarabağda 25 ildən çoxdur işğalçılar tərəfindən etnik təmizləmə, həmçinin mədəni mirasın məqsədli şəkildə yox edilməsindən yəqin ki, xəbərdarsınız. Bunları, o cümlədən Xocalı soyqırımını törədənlər hələ də cəzasız qalıblar. İnsanlığa qarşı qatı cinayətlər törədənləri məsuliyyətə cəlb etmək üçün 25 ildir əlini ağdan qaraya vurmayan beynəlxalq təşkilatlara etimad göstərmək, bel bağlamaq olarmı?
- Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova kimi post-sovet ölkələrindəki hərbi münaqişələrdən bəhs edərkən onların həlli üçün yeni mexanizmlər yaradıb tətbiq olunmalıdır. Çünki həmin dövlətlər təkbaşına bu işin öhdəsindən gələ bilməz. AŞPA-da yeni müharibə üsullarının yarandığı göstərilib. Məsələn, cənab Boris Ksareviçin məruzəsində hibrid müharibədən bəhs olunur, yəni müharibə təkcə ənənəvi silahlı qarşıdurma deyil, düşmənin infrastrukturunu dağıtmaq, təzyiq göstərmək, post-həqiqət deyilən üsula əl atmaq da geniş mənada müharibədir. Mənim qəti olaraq fikrim odur ki, biz, yaxud mövcud beynəlxalq məhkəmə instansiyaları bu məsələrlə daha yaxından məşğul olmalıdır. Yaxud da təcavüzkarlıqla bağlı, terrorçuluqla bağlı məsələləri araşdıracaq yeni məhkəmə təsisatı qurulmalıdır ki, hər bir terrorçu öz vətənində olmasa da, onun sərhədləri kənarında mütləq məsuliyyətə cəlb olunacağını bilsin. Məncə, belə bir mexanizm yaradılmalıdır.