“Ermənistan cəmiyyəti ciddi sosial partlayış ərəfəsindədir” Siyasət
Ermənistanda dekabrın 9-da sərgilənən kütləvi siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlunun sözlərinə görə, bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən Mərkəzi Seçki Komissiyası 2 milyon 5 yüz mindən çox seçici müəyyən edir və saxta seçici siyahısı tərtib edir: "Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayət edir. Belə olan halda ümumiyyətlə olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz. Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə kriteriyalarına uyğun gəlmir. Sadəcə 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı hansısa şəkildə başa çatdıraraq küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan əslində budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək Paşinyan oyunu nəhayət fərqli siyasi maraqların müvazinətini təmin etməli və hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi. Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir".
Millət vəkili bildirib ki, bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz, ancaq ermənilər hazırda bunu etməyə çalışırlar:
"İstər dini liderin, istərsə də separatçı rejimin və hazırkı prezidentin tələm-tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır. Ermənistanda oynanılan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzibedilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil".
O qeyd edib ki, heç bir halda ölkə əhalisinin cəmi 30 faizə qədərinin iradəsi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz: "Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi sahədə heç bir islahatın aparılmaması, ölkənin aclıq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil, çünki islahatları təmin edəcək iqtisadi resurslar sadəcə bu ölkədə yoxdur. Belə olan halda 10 dekabr hadisəsindən sonra Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilər".
Hikmət Babaoğlunun fikrincə, Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından rədd olub getsin, Azərbaycanın mərhəmətinə sığınsın: "Əks təqdirdə heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadi inkişaf gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir. Ona görə də Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu, baş turmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərait uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atacaq".