“Paşinyan bu mövzuda da yalan danışmağa başlayıb” Siyasət
"MDB-nin Sankt-Peterburq qeyri-formal sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan əsir və girovların "Hamnın hamıya" prinsipi ilə dəyişdirilməsini müzakirə ediblər. Paşinyan bunu "Dağlıq Qarabağ hökuməti" ilə müzakirə edəcəyini bildirib".
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Paşinyan yalan danışır: "Əvvəla 2018-ci ilin 2-6 noyabr tarixlərində Paşinyanın Dağlıq Qarabağa səfərində ehtimal ki, əsas məqsədi D.Əsgərov, Ş.Quliyev və E.Hüseynzadəni Şuşa həbsxanasından azad edib, İrəvana gətirmək idi. Paşinyan Dağlıq Qarabağa bu səfərinə komanda ilə getmişdi, komandada olan bəzi şəxslərin birbaşa hərbi xarakterli məsələlərə aidiyyəti yox idi. Səfərin strukturu da hərbi təyinatlı məsələlərin birinci sırada olmadığını nümayiş etdirirdi. Digər tərəfdən, Paşinyanın Dağlıq Qarabağa səfərindən iki gün sonra Dağlıq Qarabağ siyasətçiləri, B.Saakyanın mətbuat katibi və piarçısı D.Babayan Azərbaycanda ermənilərə qarşı vuruşmuş şəxslərin qəhrəmana çevrilməsindən yazdılar və bunu pislədilər. Başqa sözlə, Paşinyanın bir neçə gün sonra işlətdiyi "Ramil Səfərovlaşma" terminini Dağlıq Qarabağda "icad"etmişdilər. O vaxtadək Paşinyan müdafiə naziri D.Tonoyan ermənilərin hərbi əsir hesab etdiyi K.Kazaryanın yaxında Ermənistana qayıdacağı ilə bağlı ümidli fon yaradırdılar. Paşinyanın həyat yoldaşı iki dəfə Berd rayonuna gələrək K.Kazaryanın valideynlərinə baş çəkmişdi. Buna da K.Kazaryanın qayıtmasını qeyd etməyə hazırlıq işi kimi baxmaq olar".
Politoloq qeyd edib ki, Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi. D.Əsgərovun öldürdüyü ermənilərin qohumlarının D.Əsgərovun azadlığa buraxılmayacağını əsas arqument kimi ortalığa qoydu. Amma biri mayor olmaqla üç polisi öldürən "Sasnasrer"çiləri azadlığa buraxarkən öldürülən polislərin qohumlarının rəyini öyrənmədi. Bu mövzunu Ermənistan cəmiyyəti aktuallaşdırsa da Paşinyan inkar etdi. Paşinyanın saxtakarlığının bu məsələdə ən yüksək nöqtəsi Dağlıq Qarabağın icad etdiyi "Ramil Səfərovlaşma" terminindən istifadə etməsidir. D.Əsgərov, Ş.Quliyev Bakıya qayıdan kimi təntənə ilə qarşılanacaqlar və yeni "Ramil Səfərovlara" çevriləcəklər. Bu isə Ermənistana lazım deyil. Noyabrın 20 də isə Əsir, girov və itkin düşənlər barədə yeni idarələrarası komissiyanın yaradılması barədə fərman imzaladı. Əvvəlki komissiyanın ləğv etməyin səbəbini isə izah etmədi. Fərmanda dövlət idarələrinə komissiyanın tərkibinə namizədlərini Müdafiə nazirliyinə təqdim etmək tapşırılırdı. Bu komissiya indiyədək yaradılmayıb. Arqumentlər yekun nəticəni diqtə edir. "Hamının hamıya dəyişdirilməsi" məsələsi ilə Paşinyan məşğul olub, sözünə qulaq asan olmayıb və sonra Paşinyan bu mövzuda da yalan danışmağa başlayıb. Paşinyana hər yerdə yalan danışmamağı, hər zaman səmimi olmağı tövsiyə edirik. Bu ona Prezident İlham Əliyevin qarşısında olarkən xüsusilə vacibdir. Susqvanq vəziyyətində olan Paşinyanın yeganə xilaskarı cənab İlham Əliyev ola bilər".