Gürcüstan müxalifəti fasiləsiz aksiyalara başlayır Siyasət

Gürcüstan müxalifəti fasiləsiz aksiyalara başlayır

Gürcüstanın "Güc birlikdədir" müxalif birliyi dekabrın 18-dən etibarən fasiləsiz etiraz aksiyalarına başlayacaq. Bu barədə müxalifət liderlərindən biri, prezidentliyə keçmiş namizəd Qriqol Vaşadze mətbuat konfransında bildirib. O, aksiyaların dinc və qanun çərçivəsində olacağını deyib: "Birləşmiş müxalifət qəti olaraq mümkün qədər qısa vaxt ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki qanunvericiliyinin dəyişdirilməsi və seçkilərin proporsional sistem əsasında keçirilməsini tələb edir. Biz həmçinin prezident seçkilərində saxtakarlığa yol verən şəxslərin və ötən gün dinc sakinlərə hücum edənlərin cəzalandırılmasını tələb edirik".
Q.Vaşadze növbədənkənar parlament seçkiləri təyin olunmayanadək aksiyalara bir gün belə ara verilməyəcəyini söyləyib.