“Ermənistan Qarabağ cəbhəsində də uğursuzluğa məhkumdur” Siyasət
Nəzakət Məmmədova: "2019-cu ildə bu ölkədə vəziyyət olduqca gərgin olacaq"
Ermənistanda gərgin vəziyyət qarşılıqlı ittihaçmlarla yanaşı etiraz aksiyaları ilə də müşahidə olunur. Daxili gərginlik getdikcə qarşıduma həddinə yaxınlaşır. Bütün bunlar isə Ermənistanın beynəlxaq aləmdə təcrid olunma prosesi fonunda baş verir. Ermənistan mediası və siyasiləri isə Errmənistanın bütün dünyada aşağılandığını qeyd edirlər.
Armenianreport saytı yazır ki, Nikol Paşinyanın bütün cəhdlərinə baxmayaraq, KTMT-də Ermənistanın mövqeyinin qoruyub-saxlaya bilməməyib: "Bu, onun etirafıdır ki, Ermənistab KTMT-də baş katiblik postu uğrunda döyüşdə məğlub olub. Şübhə etmək olmaz ki, Moskva KTMT-yə baş katibin seçilməsi məsələsində publikaya neytral mövqedə olduğunu nümayiş etdirir, ancaq həqiqətə qalanda, artıq çoxdan öz qərarını verib və bu, heç də Ermənistanın xeyrinə deyil. Daha nə baş vereməlidir, ölkəmizə daha hansı məsələyə görə tüpürülməlidir ki, hakimiyyət sonda ayılsın və Rusiyanin deyil, Ermənistanın maraqlarına cavab verən xarici siyasət aparsın? Bizi KTMT-də aşağıladılar. Bizi Avrasiya İttifaqında sıxışdırırlar. Biz isə bu cür efemer təşkilatlardan yapışırıq. Bəlkə doğrudan da biz tarixi ənənələrimizdən qurtulmalıyıq?".
Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin isə Ermənistan mətbuatına verdiyi açıqlamada Ermənistanı aşağılayan və hədə xarakterli bəyanat səsləndirib. Xramçixin Ermənistanın bu gün məhz Rusiya qoşunlarının onun ərazisində olması hesabına mövcud olduğunu vurğulayıb: "Mən bu barədə çox danışmışam. Məncə, Ermənistan bu gün ona görə mövcuddur ki, ərazisində Rusiya hərbi bazası var. Bu, o qədər açıq-aşkardır ki, bu məsələ ilə bağlı hər hansı sualların ortaya çıxması mənə qəribə gəlir".
Onun sözlərinə görə, Ermənistan spesifik geosiyasi mövqedə yerləşdiyindən onların güzəştə getdiyi ilə bağlı iddiaları yersizdir, çünki İrəvanın başqa variantı da yox idi. Əlbəttə ki, o, Rusiya hərbi bazasından imtina edə bilər. Ancaq belə olan halda hər şey onun üçün çox tez dəyişəcək".
Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçiriblər.
Dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz ediblər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin isə əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.
Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.
Ermənistanda davam edən daxili gərginlik eyni zamanda da İrəvanın beynəlxalq aləmdə təcrid olunması ilə müşahidə olunur. Xüsusilə Rusiya ilə münasibətlər günü gündən pisləşir.
Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra gözlənildiyi kimi bu ölkədə vəziyyət düzəlmir. O qeyd edib ki, əksinə vəziyyət getdikcə daha da gərginləşir: "Çünki Paşinyan belə deyək, artıq qanuni olaraq xalqdan mandat aldı və baş nazir seçildi. Paşinyan parlamenti əsasən özünə yaxın şəxslərdən formalaşdıra bildi. Bundan sonra gözlər Paşinyana dikilib və ondan əməli addımlar gözlənilir. Xüsusilə, Qərb və Rusiya Ermənistanı sıxışdırmağa, Paşinyandan tələblər etməyə davam edirlər. Rusiyanın da ona mənfi mövqeyi artıq ortadadır. Belə ki, Vladimir Putin Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etmədi. Bunu belə əsaslandırdılar ki, guya bu protokol qaydalarına ziddir. Qeyd etdilər ki, Rusiya Prezidenti adətən yüksək vəzifəyə təyinat olduqda şəxsi təbrik edir. Seçildikdə isə təbrik olmur. Rusiyanın Ermənistandakı səfiri bunu bu cür izah etməyə çalışıb. Əslində isə belə deyil. Bu, tamamilə düzgün olmayan, əsassız izahatdır. Çünki bir insanın vəzifəyə xalq tərəfindən seçilməsinin, yaxud təyin edilməsinin fərqi yoxdur. Təbrik təbrikdir.
Yəni şəxs yüksək mövqe tutubsa, onu təbrik etmək lazımdır. Digər tərəfdən, Paşinyanın özünü təbrik etməsəydilər belə, onun partiyasını parlament seçkisində qələbə qazanması münasibətilə təbrik edə bilərdilər. Məsələn, 2017-ci ilin aprelin 2-də keçirilən parlament seçkisində Serj Sərkisyanın Respublika Partiyası 49 faiz səslə qalib gələndə Putin onu təbrik etmişdi. Bəs indi Paşinyanın partiyası qalib gəldiyi halda Putin onu niyə təbrik etmir? Demək, Rusiya Prezidentinin Ermənistan baş nazirini təbrik etməməsi Putinin Paşinyana gerçək münasibətini ortaya qoyur".
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Ermənistanın Qərbin təhdidlərinə uymamalı olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistan öz suverenliyini qorumalı, müstəqil siyasət yürütməli və Qərbin ondan tələb etdiyi İrana qarşı sanksiyalara qoşulmamalıdır.
N.Məmmədova bu bəyanatı Ermənistanın bundan sonra xarici dövlətlər tərəfindən çox böyük təzyiqlərə məruz qalacağının göstəricisi adlandırıb: "Ermənistan indiyədək ancaq Rusiyadan asılı idisə, artıq Qərbin də təsirinin gücləndiyi və bir-birinə zidd iki qüvvə – Qərb və Rusiya Ermənistanda öz planlarını həyata keçirmək istədikləri üçün təcavüzkar ölkənin rəhbərliyi çox çətin, hətta mən deyərdim, olduqca çətin vəziyyətdə qalacaq. Beləliklə, Paşinyan çox bərbad bir ölkə təhvil alıb. Ermənistan iqtisadiyyatı olmayan, hərbiyyəsi Rusiyadan asılı olan, daxildə siyasi qarşıdurmaların hökm sürdüyü, oliqarxların mövcud olduğu bir ölkədir. Bu günlərdə eşidirik ki, Ermənistanda kriminal avtoritetlərin növbəti görüşü keçirilib. Yəni dövlət bunun qarşısını almaqda acizdir. Ermənistan Qarabağ cəbhəsində də uğursuzluğa məhkumdur. Üstəlik, ABŞ Ermənistandan tələb edir ki, Rusiya silahından imtina et və İrana qarşı bizim yanımızda ol. Sözsüz ki, bütün bunlar Ermənistanı çox çətin duruma salacaq. 2019-cu ildə bu ölkədə vəziyyət olduqca gərgin olacaq. Çünki xalq Paşinyana böyük ümidlərlə yanaşır, ondan əməli addımlar gözləyir. Ancaq Paşinyanın əlində bu ümidləri doğrultmaq üçün heç bir resurs yoxdur".
Politoloq Fikrət Sadıqov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 20-də keçirdiyi illik mətbuat konfransında Ermənistanın "Azq" qəzetinin müxbirinin sualına cavabında Ermənistanın və ermənilərin ünvanına ilk baxışdan xoş görünə biləcək sözlər deyib: Bununla belə Putinin Paşinyanı seçkidə qalib gəlməsi münasibətilə təbrik etməməsi də diqqətdən qaçmır. Bəs bu ikitirəlik, ziddiyyət nədən qaynaqlanır? Putin əlbəttə, Nikol Paşinyanı Ermənistanda keçirilən növbədənkənar parlament seçkisində qalib gəlməsi münasibətilə təbrik edə bilərdi. Çünki parlament seçkisi olub və bu zaman Paşinyanın siyasi bloku qələbə çalıb. Faktiki olaraq hökumətin formalaşması üçün əsaslar əldə edib. Amma digər tərəfdən Paşinyan baş nazir və prezident seçilmədi ki, Putin onu təbrik etsin. Yəni, bu da bir məqamdır və diqqətimizdən yayınmamalıdır... Putin ermənilərə sadəcə yenidən sübut etmək istəyir ki, siz istəsəniz də heç yerə gedən deyilsiniz və biz sizi heç yerə buraxan deyilik. Siz ömür boyu bizim boyunduruğumuz altında, bizim əhatə dairəmizdə olmusunuz, bundan sonra da olacaqsınız. Siz öz yerinizi bilin və bundan konkret nəticə çıxarın".
Əli