Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın bu gün Rusiya səfəri çərçivəsində Putinlə görüşündə Qarabağ münaqişəsinin əsas danışıqların predmeti olacağı şübhəsizdir. Çünki konflikt əttrafında rəsmi Yerevanın siyasəti Kremli narahat edir. Qeyd edim ki, bu münaqişədən istifadə edərək Rusiya regionda, xüsusilə Ermənistanda öz təsir gücünü saxlayır.
Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Ermənistanın indiki rəhbərliyinin birbaşa Azərbaycanla dialoqa getmək istəməsindən Kreml narahatdır və münaqişənin öz moderatorluğunda qalmağında maraqlıdır: "Hazırda növbəti aydan danışıqlar prosesinin yeni raundu gözlənilir və əvvəlki danışıqılardan fərqli olaraq Milanda ATƏT XİN rəhbərlərinin konfransında hər iki tərəfin birgə razılaşdığı bəyanat üzrə danışıqlar prosesi keçiriləcəyi planlaşdırlır.
Göründüyü kimi hazırkı prosesdə Rusiyanın rolu zəiflədiyinə görə, Moskva çalışacaq prosesə təsir gücünü saxlasın. Bundan əlavə, gözlənilən Rusiya XİN rəhbəri Sergey Lavrovun və sözçüsü Mariya Zaxarovanın Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevan və Bakı arasında dialoqun yaradılması və kreativ ideyaların işlənib hazırlanmasını qeyd etməklə, hazırkı prosesi "tormoz"lamağa çalışırlar. Məhz onlar görmürlər ki, birbaşa danışıqlar başlamaq mərhələsindədir və müəyyən şifahi razılaşamlar da var. Demək, Rusiya prosesi "tormoz"lamağa çalışır. Göründüyü kimi Yerevan və Bakı arasında xüsusi opertaiv rabitənin olmasına rəğmən və Düşənbədə prezident İlham Əliyevlə Paşinyan arasında şifahi razılğa baxmayaraq Moskva prosesə müdaxilə edir və danışıqlar prosesini pozmağa çalışır".
Politoloqun fikrincə, əgər Yerevanla Bakı üçünücü tərəf olmadan danışıqlara başalasa, münaqişənin həllində irəliləyiş gözlənilir. Hazırda münaqişə ətrafında müəyyən gözləntilər olduğu bir situasiyada Moskva prosesi əngəlləməyə çalacaq: "Putin Paşinyanla görüşündə Qarabağ münqişəsinin həllində öz vasitəçiliyini xüsusi qeyd edəcək və status-kvonu saxlamağı tapşıracaq. Bir daha güzəştə getməməyi, bu prosesdə Ermənistanın arxasında olacağını qeyd etməsi mümkündür. Biz Paşinyanın Moskava səfərindən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlara zərbə vuran açıqlamalar görsək, bu Rusiyadan qaynaqlanacaq.
Əgər Paşinyan praqmatik olarasa, öz inqilabi islahatlarına sadiq qalacaqsa Rusiyanın nə deməyindən asılı olamayaraq Qarabağ münaqişəsinin real həlli istiqamətində Azərbaycanla danışıqlara gedəcək. Qeyd edim ki, Paşinyanın Putinin münaqişə ilə bağlı təklifini qəbul edərsə, onu ölkəsində növbəti mərhələdə ağır siyasi proses gözləyir".