“Naxçıvanda görülən işlər dotasiya hesabına edilir” Siyasət
Qüdrət Həsənquliyev: "İstəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
- Qüdrət bəy, Naxçıvanla bağlı "Azpolitika" saytına verdiyiniz müsahibə artıq iki aydır mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müzakirələrə hətta deputat həmkarlarınız da qatılıb Naxçıvanı vəsf edirlər. Müzakirələrdən razısınızmı?
- Müzakirələrin gedişində bəzi yerli rəsmilərin və onların öyrətdiyi adamların tərbiyəsizliyi olmasaydı hər şey çox yaxşı olardı. Deputat həmkarlarımın müzakirələrə qatılması və möqelərini etik çərçivədə ifadə etmələri yaxşı presedent yaradır, cəmiyyətdə siyasi münasibətlərin inkişafına öz töfhəsini verir. Naxçıvanı mən də vəsf edirəm, çalışıram orada elə bir biznes mühiti yaradılsın ki, Naxçıvana həm yerli, həm də xarici özəl şirkətlər investisiya qoylsunlar, yeni iş yerləri açılsın, insanlar yaxşı yaşasın və oranı iş tapmaq üçün tərk etməsinlər. Naxçıvanda rəsmi Bakının ayırdığı pulla yollar çəkilib, səhiyyə obyektləri, məktəblər, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma istehsal və emal müəssisələri yaradılmalıdır ki, iqtisadiyyat inkişaf etsin. Yoxsa biz gözləməməliyik ki, Bakı pul versin və biz də xərcləyək.
Müzakirələrin bu qədər davam etməsi və bəzi vəzifəli şəxslərin davranışı təsdiq edir ki, Naxçıvanda həllini gözləyən problemlər var. Mənə opponentlik etmək istəyənlər mənim söylədiklərimi təkzib edə bilmirlər. Məsələn, mən kəndimiz Əbrəqunusda bağlanmış çayxanalardan, mağazalardan, uçub dağılmış kitabxanadan, klubdan, xəstəxanadan, təqaüdçülər evindən, iki şərab zavodundan, digər inzibati binalardan və s. danışmışam. Deputat seçildiyim Ordubaddakı konserv zavodu, baramaçılıq fabriki, Yaycı kəndindəki şərab zavodu dağılıb və yerlərində heç nə yaradılmayıb. Məni təkzib etməyin ən gözəl və sadə yolu təkzibedici faktların nümayiş etdirilməsidir. Yəni qardaşımın keçmiş müsahibəsini vermək, Əliməmməd Nuriyevdən yeni müsahibə almaq əvəzinə söylədiklərimi təkzib edən faktları çəkib göstərmək olardı. Naxçıvandan kənarda yaşayanları aldatmaq olar, orada yaşayanlar hər şeyi görür. Onlar isə yalnız kənd və internat məktəbin əvəzində bir yeni tikilmiş orta məktəbi, məscidi və mərasim evini çəkib göstərirlər. Hansı ki, yeni tikilmiş həmin obyektləri müsahibəmdə qeyd etmişdim. Qardaşım 2017- ci ildə verdiyi müsahibədə deyir ki,əvvəlki dövrlə müqayisədə sosial iqtisadi inkişaf göz önundədir. Mən də görülən işləri qeyd etməklə yanaşı demişəm ki, bu hər il artan dotasiya hesabınadır. Mərasim evini kəndimizdən olan xeyirxah insanlar tikib. Məktəb və tibb məntəqəsi, kəndin qazlaşdırılması, fasiləsiz işığın verilməsi, kəndin içindən digər kəndlərə gedən yol isə Azərbaycan Prezidentinin ayırdığı və Milli Məclisin qəbul etdiyi büdcə Qanunu ilə ayrılan dotasiya ilə tikilib. Dotasiyadan əlavə Prezident özünün ehtiyat fondundan da Naxçıvana hər il milyonlarla manat vəsait ayırır. Qardaşımın dediyi, mənim də təsdiq etdiyim kimi bu vəsaitlə görülən işlər inkişafdır. Mən müsahibəmdə kiminsə imicini zədələmək barədə düşünməmişəm. Əgər mənim dediklərim həqiqət deyilsə ciddi imicə zərər vurmaz. Əksinə mənim öz imicimə zərər vurar. Mənim dediklərim naxçıvanlıların qəlbində bir ümid yaradıb. Əvvala istəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb. Bu barədə Naxçıvanda danışılmadığı üçün, ora gedən ziyalılar, dövlət adamları da bilməlidir ki, inkişaf kimin hesabınadır və real iqtisadi vəziyyət necədir. Azərbaycanda 34 şəhər və rayon dotasiya almır, hətta bəziləri yerli xərclərini ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla manat vəsait də ödəyir. Naxçıvanda görülən işlər dotasiya hesabına edilir. Naxçıvan iqtisadiyyati yerli büdcəyə bir babat şirkətin ödədiyi qədər cəmi 83 milyon manat vergi ödəyir və bu yerli büdcənin 21.7 %-ni təşkil edir. Bura Naxçıvan Gömrük Komitəsi vasitəsilə toplanan vəsait də daxildir. Onlar diqqəti bu əsas məqamdan yayındırmaq istədikləri üçün məcburam hər dəfə bu rəqəmləri təkrarlayam.
Mən görülən işləri qeyd etməklə yanaşı demişəm ki, Naxçıvanı dotasiyadan qurtarmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Bu niyə bəzi adamları bu qədər qıcıqlandırıb başa düşə bilmirəm. Sanksiyalar altında yaşayan İran Culfasına və bizim Culfaya baxıb müqayisə aparın. Orada çoxmərtəbəli binalardan yeni bir şəhər salınıb. İğdıra baxın, azad iqtisadi zona və sərhədyanı ticarət hesabına görün onlar necə inkişaf edib. Naxçıvan MR- də neçə hündürmərtəbəli bina tikilib, istehsal və emal müəssiələrində nə qədər insan çalışır? Onlar sosial müdafiə fonduna nə qədər vəsait ödəyir? Saxta rəqəmlərlə iş düzəlməyəcək. Naxçıvanda iqtisadi azadlıqlar genişləndirilməli, idxalla əsasən bir adam məşğul olmamalıdır. Adi bir kiçik müəssiə qeydiyyatdan keçirmək üçün Nax.MR-in ali vəzifəli şəxsindən icazə almağa ehtiyac qalmamalıdır. Bakı və Naxçıvan arasındakı gömrük yoxlaması aradan qaldırılmalıdır, çünki bu dövlətçiliyimizi gözdən salır.
Amma bir şeyi əminliklə deyirəm ki, məndən incisələr də müzakirələr bəzi iddialı insanları ayıldacaq, onların insanlara münasibətini dəyişəcək, bəlkə də avantüralardan xilas edəcək və dövlətçiliyimiz bundan çox faydalanacaq.