Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Ana Vətən Partiyasında (AVP) sədr müavini kimi fəaliyyətə başlayıb.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
“Bu gündən mən Ana Vətən Partiyası sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini kimi fəaliyyətə başlayıram. Siyasi müstəvidə fəaliyyət seçimi etməkdə məqsədim dövlətimizə və dövlətçiliyimizə daha yaxından kömək etmək istəyimlə bağlıdır”, - o qeyd edib.
F.Yusifov AVP sədri F.Ağamalının bu təkliflə ona müraciət etdiyini söyləyib:
“Fəzail bəyi 30 ildən artıqdır ki, tanıyıram və onunla həmişə yaxın münasibətlərimiz olub. Fəzail Ağamalı dövlətini, xalqını ürəkdən sevən, dövlətinə və xalqına layiqli xidmət göstərən bir insandır. Onun əqidə bütövlüyü, mövqeyinin sabitliyi dövlətə və dövlətçiliyə tam səmimiyyətlə xidmət göstərməsinin əsasında dayanan başlıca şərtlərdir. Ölkəmizdə gedən iqtisadi və siyasi prosseslərə münasibətdə bizim baxışlarımız üst-üstə düşür. Artıq xeyli vaxt idi ki, Fəzail bəylə mənim Ana Vətən Partiyasında iqtisadi bloka rəhbərlik etmək və sədrin iqtisadi məsələlər üzrə müavini qismində fəaliyyət göstərmək imkanlarımı müzakirə edirdik. Nəhayət, bu ilin noyabr ayının 20-də mən rəsmi olaraq partiyanın sıralarına qəbul olunmaqla bağlı ərizə ilə müraciət etdim”.
F.Yusifov beləliklə dövlətçiliyə daha çox xidmət edə biləcəyini deyib:
“Ölkənin maliyyə nazirliyinə rəhbərlik etdiyim dövrdə də, ondan sonrakı illər ərzində mən Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmişəm. Son beş ildə ölkə mətbuatında Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı müxtəlif səviyyədən olan təhlil, açıqlama, araşdırma xarakterli yazılarla çıxışlar etmişəm. Bu çıxışlarımda səsləndirdiyim onlarla təkliflər öz tətbiqini müxtəlif səviyyədən olan qərarlarda, qanunlarda və digər normativ hüquqi aktlarda tapa bilib. Ana Vətən Partiyasına üzv olub bu siyasi müstəvidə partiya sədrinin iqtisadi məsələlər üzrə müavini kimi dövlətimizə və dövlətçiliyimizə daha çox fayda verə biləcəyimə inanıram”.
Qeyd edək ki, F.Yusifovun bu seçimi parlament seçkisinə hazırlıq kimi də qiymətləndirilir. Belə ki, tanınmış iqtisadçının AVP-dən seçkiyə qatılacağı gözlənilir.