Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Bu gün ali təhsili olmayan insanlar bu yolla jurnalistikaya zərər verirlər.
bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib.
O bildirib ki, bu günəcən rəsmi şəkildə 5000 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib.
“Bu gün hamı media orqanı yaratmaq həvəsinə düşüb. Amma bunun qarşısı alınmalıdır. Sosial şəbəkələr heç vaxt ciddi jurnalistika hesab edilə bilməz. İnformasiya məsələsində ciddi işlər görülməlidir”.
Qeyd edək ki, noyabrın 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında keçirilib
Qeyd edək ki, konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyasının sədri general-leytenant Mürsəl Vəliyev, Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və İnternet formunun prezidenti Osman Gündüz iştirak ediblər.