Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
“Ermənistan tərəfinin əsas məqsədi Qərb bölgəsində Azərbaycanın bir neçə yüksəkliyini əldə edərək Qərbə açılan qapımıza nəzarət etmək istəyi idi. Həmçinin Qarabağ cəbhəsindən diqqəti bu zonaya ayıraraq, Azərbaycanın hücum etdiyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini almağa çalışırdı”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, son günlər Ermənistan rəsmilərinin Qarabağa vaxtaşırı səfəri də baş verənlərin məntiqi nəticəsidir: “Ermənistanın Gülüstan tərəfindən Goranboya və Tovuz istiqamətində hücum əməliyyatlarına hazırlaşmaq planı əsasən, Azərbaycanı fakt qarşısında qoymaqdan ibarət olub.
Göründüyü kimi Azərbaycan ordusu Tovuzda Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirib. Qaraqaya yüksəkliyində düşmənin möhkəmlənmək planı, onların məğlubiyyətinə səbəb olub.
Azərbaycan Araz boyu və Ağdam istiqamətində hücuma keçib, bu əraziləri nəzarətə götürməlidir. Ciddi irəliləyiş əldə edib, Ermənistanı fakt qarşısında qoymaq lazımdır. Azərbaycanın Naxçıvandan başlayaraq Ermənistana sarsıdıcı zərbələr endirməlidir.
Bütün beynəlxalq təşkilatların qətnamələri Azərbaycanı dəstəkləyib. Diqqəti Tovuzdan Qarabağa yönəltməklə, ciddi irəliləyiş əldə etmək olar. Gənclərin döyüşə getmək əzmi bizi qürurlandırır. Amma hazırda ordumuzun döyüş hazırlığı səviyyəsi, müasir hərbi texnikası imkan verir ki, biz ərazilərimizi işğaldan azad edək. Səbrli olmaq lazımdır”.
Əli Zülüfqaroğlu