Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Tacikistanın avesta.tj portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki son təxribatı ilə bağlı rus dilində geniş məqalə verib.
Məqalədə deyilir ki, iyulun 12-dən başlayaraq Ermənistan ordusunun qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki mövqelərini minamyot və iri çaplı pulemyotlardan atəşə tutub, ölənlər və yaralananlar var.
Bildirilir ki, Azərbaycan ordusunun cavab atəşi ilə Ermənistanın atəş nöqtələri məhv edilib. Cəbhə xəttindəki təxribatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi iləTəhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı çıxışında bu təxribata görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev deyib:“Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.
Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verilir.