Qüdrət Həsənquliyev: “Aksiyada təxribatçı qüvvələr var idi” Siyasət

Qüdrət Həsənquliyev: “Aksiyada təxribatçı qüvvələr var idi”

Millət vəkili Qüdrət Həsənquliyev bu gecə Milli Məclisin qarşısında baş verən hadisələrlə bağlı danışıb.

REAL TV-yə açıqlama verən deputatın sözlərinə görə, parlament binasına daxil olanlar bir qrup təxribatçı olublar:

"Orduya dəstək aksiyası möhtəşəm bir aksiya idi. İnsanlar cəbhəyə göndərilməyi tələb edirdilər. Onlar torpaqların azad olunması üçün vuruşmaq istədiklərini vurğulayırdılar. Amma çox təəssüf ki, müəyyən təxribatçı qüvvələr aksiyanın sonuna yaxın istədilər ki, bunu anti-hökumət aksiyasına çevirsinlər".