Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Moldovanın tanınmış siyasi analitiki Ruslan Şevçenko Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribatı pisləyib.
AZƏRTAC xəbər verir ki, Moldovanın ipn.md saytında dərc edilən məqaləsində R.Şevçenko erməni silahlı qüvvələrinin Tovuz istiqamətində Azərbaycan Milli Ordusunun mövqelərini artilleriya atəşinə tutmasını Ermənistanın növbəti təxribatı adlandırıb.
“Azərbaycan guya UAZ avtomobili ilə Ermənistan sərhədini pozmaq cəhdinə dair səsləndirilən iddia inandırıcı deyil. Əgər Azərbaycan Milli Ordusu doğrudan da Ermənistana hücuma keçmək istəsəydi, bunu UAZ-la etməzdi”, - deyə müəllif vurğulayıb.
R.Şevçenko qeyd edib ki, Ermənistan Tovuz istiqamətində gedən döyüşlər zamanı verdikləri itkini gizlədir. Azərbaycan Ordusu Ermənistanın təxribatına tutarlı cavab verdi. Bir çox ölkələr, o cümlədən Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.
Siyasi analitik məqaləsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, ölkəmizin Moldovadakı səfiri Qüdsü Osmanovun ermənilərin son təxribatları ilə bağlı səsləndirdikləri bəyanatlarına da geniş yer verib.