Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
Əli Kərimli hər zaman, adi bir sosial-məişət hadisəsinə siyasi çalarlar verir və onu siyasi gündəmə daşıyır.
Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
O bildirib ki, Əli Kərimlinin hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, fürsətçilik etməsi, istənilən situasiyada ölkədə süni sosial gərginlik yaratması dəfələrlə sübut olunub, bu onun siyasətinin əsas tərkib hissəsidir:
"Qeyd etdiyim ki, hər məqamda, o, fürsətçillik edib ölkədə xaosun yaranması, sabitliyin pozulmasına dəfələrlə cəhd edib. Azərbaycanda radikal siyasətin başında Əli Kərimli dayanır. Əli Kərimlinin hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, fürsətçilik etməsi, istənilən situasiyada ölkədə süni sosial gərginlik yaratması dəfələrlə sübut olunub. Yəni, bu, onun siyasətinin əsas tərkib hissəsidir. Bütün siyasətini buna istiqamətləndirib. Hətta bir neçə ay bundan öncə ölkə Prezidenti köklü kadr siyasətini aparanda bu adam icazəsiz aksiyaya cəhd etdi. Mitinq mövzusu olmadığı halda bu adam hakimiyyət daxilində vəzifədən uzaqlaşdırılan şəxslərin maraqlarına uyğun cəhd etdi ki, ölkədə sabitlik pozulsun. Onunla bağlı icazəsiz mitinq keçirməyə cəhd etdi və təbii ki, hüquq mühafizə orqanları onun qarşısını aldı və onu maşına mindirib oradan uzaqlaşdırdılar.
14 iyul hadisəsində açıq şəkildə görünür ki, bu adamın öz partiyasında müşavirləri, Rəyasət Heyətinin üzvləri həmin məqamda orada olublar. Biz də uzun illərdir partiyada təmsil olunan şəxslərik, siyasətdə olan şəxslərik. Hər hansı bir aksiyada partiya şəxsi sədrin icazəsi olmadan, razılıq olmadan ora qatıla bilməz, bu qeyri-mümkündür. Siyasətdə olan hər kəs bilir ki, sədr, özü də birbaşa vəzifəli şəxslər, sədrin müşaviri, Rəyasət Heyətinin üzvləri və digərləri... Bu da onu deməyə əsas verir ki, Əli Kərimli razılıq verib ki, o mitinqə qatılsınlar".
Sədr müavini şübhə etmir ki, orduya dəstək aksiyası zamanı cəbhəçilər təxribatçılarla birgə addımlayıblar və onlar təxribatçılıq missiyasını həyata keçiriblər:
"14 iyul yürüşündən, Azərbaycan xalqının ordusuna, dövlətinə verdiyi o dəstək mitinqindən söhbət gedir ki, bunlar da orada düşünürəm ki, mütləq şəkildə Əli Kərimlinin razılığı ilə iştirak ediblər. Onun razılığı olmadan heç bir halda nə müşavir, nə müavin və digərləri o mitinqə qatılmazdı. Mən ona heç bir şübhə etmirəm ki, onlar təxribatçılarla birgə addımlayıblar və onlar təxribatçılıq missiyasını həyata keçiriblər. Əli Kərimli ölkədə bir yırtıcı kimi pusquda dayanıb, hər zaman fürsət, məqam gözləyib. O məqamda da Əli Kərimli öz çirkin məqsədləri üçün istifadə etmək niyyətini ortaya qoymamış olmazdı.
Bunu qeyri-mümkün hesab edirdim. Bu, Əli Kərimlinin mahiyyətidir, fəlsəfəsidir. O, hər zaman, vəziyyətin dəyişməyindən asılı olmayaraq addım atdı. Gördü ki, Azərbaycan dövləti çox güclüdür, onun mühafizə orqanları, xüsusi xidmət orqanları, dövlət aparatı təxribatın qarşısını qətiyyətlə aldılar. Belə vəziyyətdə Əli Kərimli çıxıb bəyanat verdi ki, biz ordunun arxasındayıq, biz dövlətin yanındayıq. Yəni, bizdən arxayın olun! Bu da özünü sığortalamaq, özünü qorumaqdır. Bu müraciət qorxudan irəli gəldi. O bilirdi ki, dövlət bu vəziyyətdə bütün təxribatçıları zərərsizləşdirəcək və buna imkan verməyəcək. Hər kəs də şahidi ola bilər ki, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın rəhbərliyində olan bir sıra şəxslər həmin gün yürüşdə iştirak ediblər, vidobağlantı yaradıblar, hansı addımlar atdıqlarını nümayiş etdiriblər.
Artıq təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var.
Mən düşünürəm ki, bundan sonraki fəaliyyət hüquq mühaizə orqanlarının üzərinə düşür. Onlar bütün xırdalığına qədər araşdırmalıdır və bu məsələdə kimin məsuliyyəti varsa, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bunu cənab Prezident də xüsusi qeyd etdi ki, hər kəs bu məsələdə kömək etməlidir. Cəmiyyətə, xalqa müraciət etdi ki, bu təxribatçılar qanun qarşısında cavab verməlidir. Mən zərrə qədər də şübhə etmirəm ki, o təxribatın başında məhz 5-ci kalon və həmin o radikal müxalifət durur".